Anar IbrahimovXidmət rəisinin müavini
İbrahimov Anar Vaqif oğlu

İbrahimov Anar Vaqif oğlu 2 may 1985-ci il tarixdə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur.  

2001-2005-ci illərdə Naxçıvan Dövlət Universitetində ali təhsil almış və oranı ümumi iqtisadiyyat ixtisası üzrə bitirmişdir.

2005-2006-cı illərdə hərbi xidmətdə olmuşdur.

Əmək fəaliyyətinə 2006-cı ildə başlamış, 2006-2008-ci illərdə Naxçıvan MR Vergilər Nazirliyinin İqtisadi təhlil və uçotun təşkili şöbəsində  dövlət vergi müfəttişi, 2008-2009-cu illərdə həmin şöbəsinin baş dövlət vergi müfəttişi, 2009-2020-ci illərdə İqtisadi təhlil və uçotun təşkili şöbəsinin rəisi vəzifəsində çalışmışdır.

2020-2023-cü illərdə Naxçıvan MR Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçotun təşkili şöbəsinin rəisi vəzifəsində, 2023-cü ildən Naxçıvan MR Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 may 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

Ailəlidir, 2 övladı var.

 

Nihad MehemmedzadeXidmət rəisinin müavini
Məhəmmədzadə Nihad Rəsul oğlu

     Məhəmmədzadə Nihad Rəsul oğlu 11 mart 1986-cı il tarixdə Naxçıvan MR, Babək rayonunun Cəhri kəndində anadan olmuşdur.  2003-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetində inzibati idarəetmə ixtisası üzrə  ali təhsil almışdır.2015-2019-cu illərdə Naxçıvan Dövlət Universitetində hüquqşünaslıq ixtisası 2-ci ali təhsil almışdır.2007-2008-ci illərdə həqiqi hərbi xidmətdə olmuşdur.Əmək fəaliyyətinə 2010-cu ildə başlamış, 2011-2016-cı illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində baş mütəxəssis, 2016-2017-ci illərdə bölmə rəisi, 2017-2021-ci illərdə Azərbaycan Respublikası Vergilər Nazirliyinin Daxili təhlükəsizlik baş idarəsində şöbə rəisi, 2021-2023-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsində idarə rəisinin müavini vəzifələrində işləmişdir.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 14 iyul 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.

     Ailəlidir, 3 övladı var.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

380510
Bu gün
Dünən
Bu ay
227
315
5632