Naxçıvanda istehlakçılara qaytarılan ƏDV məbləği bir milyon manatı ötüb

Naxçıvan reliz1

     Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. 2024-cü il martın 1-dək muxtar respublika ərazisində quraşdırılmış yeni nəsil NKA-ların sayı 3.136 ədəd olub. Cari ilin 2 ayında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 58,7 milyon manatdan artıq olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 43,4 milyon manat və ya 3,8 dəfə çoxdur

     Bu il martın 1-nə “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 1 milyon 70 min manat, təkcə fevral ayında isə 81,9 min manat ƏDV məbləği geri qaytarılıb.  Ötən ilin eyni dövrü ilə müqayisədə fevral ayında istehlakçılara qaytarılan məbləğ 2,4 dəfə artıb.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan MR İqtisadiyyat Nazirliyi yanında
    Dövlət Vergi Xidməti © - 2024

397130
Bu gün
Dünən
Bu ay
884
621
12210