Nağdsız hesablaşmalar haqqında nə bilirik?

negdsizhesab

   Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının artırılmasına, istehlakçıların hüquqlarının müdafiəsinin təmin edilməsinə, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmağa, pul dövriyyəsini tənzimlənməsinə,  bank sisteminin inkişafı məqsədilə bu sahədə “Nağdsız hesablaşmalar haqqında” Qanun təsdiq edilmiş, eyni zamanda Vergi Məcəlləsində də müvafiq əlavə və dəyişikliklər edilmişdir.

 Nağdsız hesablaşmalar dedikdə, aşağıdakılar nəzərdə tutulur:

secmek  bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş
  tapşırığı və s.)) və ödəniş vasitələri (mobil telefon aparatları, kompyüter və digər avadanlıqlar) ilə həyata keçirilən hesablaşmalar;

secmek  ödəniş terminalları  ilə həyata keçirilən hesablaşmalar;

secmek  birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar. 

Əgər hesablaşmalar hər iki tərəf vergi ödəyici olan şəxslər arasında aparılarsa, bu zaman nağdsız ödəniş yalnız yuxarıdakı birinci abzasda qeyd olunan formada həyata keçirilə bilər. 
Qanun təsdiq edilməmişdən əvvəl vergi ödəyicisi ay ərzində heç bir məhdudiyyət qoyulmadan istənilən məbləğdə nağd qaydada hesablaşmalar üzrə ödənişlər apara bilirdisə, yeni tətbiq edilən qanuna əsasən vergi ödəyicilərinin statusundan asılı olaraq təqvim ayı ərzində ümumi məbləği aşağıda qeyd edilən məbləğdən artıq olan hesablaşmalar üzrə ödənişlərin yalnız nağdsız qaydada həyata keçirilməsi müəyyən edilmişdir. Belə ki, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 (iki yüz min) manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30.000 (otuz min) manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15.000 (on beş) min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir. Qanun ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan vergi ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minmişdir.

Bunlarla yanaşı qanunda aşağıdakı hesablaşmaların yalnız nağdsız qaydada həyata keçirilməsinə dair tələblər müəyyən edilmişdir:

secmek   inzibati cərimələr, maliyyə sanksiyaları, vergilər, gömrük rüsumları və yığımları, faizlər;

secmek   lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi, sığorta ödənişləri;

secmek   dövlət orqanlarına, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, 
   büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənilən xidmət haqları və digər yığımlar;

secmek   stasionar telefon xidmətləri və kommunal xərclər;

secmek   vergi ödəyicilərinə faizsiz pul vəsaitlərinin və digər ayırmaların ödənilməsi və qaytarılması;

secmek   dövlət satınalma müqaviləsi üzrə əldə olunan vəsaitin istifadəsi (xərclənməsi);

secmek   təhsil haqlarının ödənilməsi;

secmek   turagentlərə ödənişlər.
    
     Eyni zamanda əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada aparılmalıdır.
     Bu Qanunun tələblərinin pozulmasına görə, yəni “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu ilə nağd qaydada həyata keçirilməsi məhdudlaşdırılan əməliyyatların nağd qaydada həyata keçirilməsinə görə malı (işi, xidməti) təqdim edən vergi ödəyicilərinə qanunvericilik pozulmaqla aparılan əməliyyatın ümumi məbləğinə aşağıdakı maliyyə sanksiyalarının tətbiq edilməsi məqsədilə Vergi Məcəlləsinə 58.7-1-ci maddə əlavə edilmişdir:


secmek   təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə aparılan əməliyyatların 10 faizi;


secmek   təqvim ili ərzində ikinci dəfə yol verdikdə aparılan əməliyyatların 20 faizi;


secmek   təqvim ili ərzində üç dəfə və daha çox yol verdikdə isə aparılan əməliyyatların 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Kəngərli Rayon Vergilər Şöbəsi