Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti haqqında

ƏSASNAMƏ

I. Ümumi müddəalar

1. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti (bundan sonra-Xidmət) Naxçıvan Muxtar Respublikasında dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.
2. Xidmət öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, bu Əsasnaməni və digər hüquqi aktları rəhbər tutur.
3. Xidmət öz vəzifələrini yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən Naxçıvan Muxtar Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatları ilə, habelə digər hüquqi və fiziki şəxslərlə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
4. Xidmətin müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Dövlət Gerbinin təsviri və öz adı həkk olunmuş möhürü, müvafiq ştampı və blankı vardır.
5. Xidmətin saxlanılma xərcləri və fəaliyyəti Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi, büdcədənkənar vəsait və qanunda nəzərdə tutulmuş digər mənbələr hesabına maliyyələşdirilir.
6. Xidmət Naxçıvan şəhərində yerləşir.

II. Xidmətin fəaliyyət istiqamətləri

7. Xidmətin əsas fəaliyyət istiqamətləri aşağıdakılardır:
7.1. vergi siyasətinin təkmilləşdirilməsi haqqında təkliflər verir;
7.2. vergi qanunvericiliyinə riayət olunmasını, dövlət vergilərinin və ona həvalə edilmiş digər daxilolmalarm düzgün hesablanmasını, vaxtmda və tam məbləğdə dövlət büdcəsinə köçürülməsi ilə bağlı dövlət vergi xidməti orqanlarının işini təşkil edir;
7.3. qanunla müəyyən edilmiş qaydada kommersiya hüquqi şəxslərin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının həyata keçirilməsini və dövlət reyestrinin aparılmasını təmin edir;
7.4. qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vergi nəzarətinin həyat keçirilməsini təmin edir.

III. Xidmətin vəzifələri

8. Xidmətin vəzifələri aşağıdakılardır:
8.1. öz səlahiyyətləri daxilində vergilərin və digər büdcə daxilolmalarının düzgün hesablanmasına, onların vaxtmda və tam məbləğdə dövlət büdcəsinə köçürülməsinə, vergi qanunvericiliyinə riayət olunmasma nəzarət etmək;
8.2. qanunvericiliklə müəyyən edilmiş hallarda muxtar respublikada mühasibat uçotu sahəsində dövlət nəzarətini həyata keçirmək;
8.3. kommersiya hüquqi şəxslərin, publik hüquqi şəxslərin, xarici kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatını həyata keçirmək və dövlət reyestrini aparmaq və bununla bağlı məlumatları (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətlərdə aidiyyəti dövlət orqanlarına göndərmək;
8.4. vergi qanunvericiliyi, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericilikləri ilə bağlı vergi ödəyicilərinə məlumatların, habelə vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması və ödənilməsi barədə izahların verilməsini təmin etmək;
8.5. vergi sahəsində hüquq pozuntularını doğuran səbəbləri araşdırmaq və belə halların aradan qaldırılması üçün öz səlahiyyətləri daxilində müvafiq tədbirlər həyata keçirmək;
8.6. vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmaq və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat vermək;
8.7. vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin qorunmasını təmin etmək;
8.8. vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə daxilolma proqnozunun hazırlanmasında iştirak etmək;
8.9. vergi qanunvericiliyinə, sığorta haqlarmın hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinə riayət olunmasını təmin etmək;
8.10. müvafiq sahəyə dair inkişaf proqramlarının hazırlanmasında iştirak etmək və həyata keçirmək;
8.11. muxtar respublikada aparılan iqtisadi siyasətə uyğun olaraq, aidiyyəti dövlət orqanları ilə birlikdə vergilərin və digər icbari ödənişlərin dərəcələri ilə, habelə bu sahədə güzəşt və azadolmalarla bağlı təkliflər hazırlanmasında iştirak etmək;
8.12. hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarmın uçotunu aparmaq və bu barədə hesabatı Naxçıvan Muxtar Respublikası Ali Məclisinə, Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim etmək;
8.13. dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalara nəzarəti həyata keçirmək;
8.14. vergi ödəyicilərinin, onların filial, nümayəndəlik və ya digər bölmələrinin (obyektlərinin), nəzarət-kassa aparatlarının, habelə məcburi dövlət sosial sığortanın məqsədləri üçün ailə təsərrüfatlarının və mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslərin uçotunu aparmaq;
8.15. qanunvericiliyə uyğun olaraq aksiz markalarının hazırlanmasım, satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təmin etmək;
8.16.qanunvericiliyə uyğun olaraq məcburi nişanlamanın hazırlanmasını, satışını və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasını təmin etmək;
8.17. qanunvericiliyə uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;
8.18. siyahıya aldığı aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış, habelə məcburi nişanlama ilə nişanlanmalı olan, lakin nişanlanmamış və ya saxta məcburi nişanlama ilə nişanlanmış malların müsadirə edilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq;
8.19. dövlət sirrinin və məxfilik rejiminin, habelə fəaliyyət istiqamətləri çərçivəsində vergi, kommersiya və bank sirrinin qorunması üçün zəruri tədbirlər, habelə fəaliyyət istiqamətlərinə uyğun təhlükəsizlik tədbirləri görmək;
8.20. vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, habelə qanunla və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamları ilə Xidmətin səlahiyyətlərinə aid edilmiş digər icbari ödənişlərin hesablanması və ödənilməsi ilə bağlı hesabatların, bəyannamələrin və digər sənədlərin formalarını tərtib etmək;
8.21. vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirlər görmək;
8.22. vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul etmək;
8.23. vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə və müraciətlərə vaxtında və obyektiv baxılmasını təmin etmək, vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin pozulması hallarının aradan qaldırılması üçün tədbirlər görmək;
8.24. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini təmin etmək, pozulmasının qarşısım almaq;
8.25. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin muxtar respublikada həyata keçirilməsini fəaliyyət
istiqamətləri üzrə təmin etmək;
8.26. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə kadr hazırlığını təmin etmək, mütəxəssislərin hazırlanması və əlavə təhsili üçün tədbirlər görmək;öz fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, internet saytının yaradılmasım, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daim yenilənməsini təmin etmək;
8.27. fəaliyyəti ilə bağlı daxil olan müraciətlərə qanunvericiliyə uyğun olaraq baxmaq və qanunla müəyyən edilmiş qaydada tədbirlər görmək;
8.28. Xidmətin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların işini əlaqələndirmək, onların fəaliyyətinə nəzarəti həyata keçirmək;
8.29. Xidmətin strukturunun və fəaliyyətinin təkmilləşdirilməsi, eləcə də işçilərinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aidiyyəti üzrə təkliflər vermək;
8.30. ayrılan büdcə vəsaitindən, kreditlərdən, qrantlardan və digər maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;
8.31. Xidmətdə kargüzarlıq və arxiv işinin aparılmasını təşkil etmək;
8.32. fəaliyyətinin nəticələri barədə aidiyyəti üzrə hesabat təqdim etmək;
8.33. qanunvericiliklə müəyyən olunmuş digər vəzifələri yerinə yetirmək.

IV. Xidmətin hüquqları

9. Xidmətin öz vəzifələrini həyata keçirmək üçün aşağıdakı hüquqları vardır:
9.1. qanununvericiliklə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini həyata keçirmək;
9.2. müvafiq sahə üzrə dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə zəruri məlumatlar (sənədlər) barədə sorğu vermək, onlardan belə məlumatları (sənədləri) almaq;
9.3. fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə rəy vermək, təhlillər, ümumiləşdirmələr, monitorinqlər və tədqiqatlar aparmaq, analitik materiallar hazırlamaq;
9.4. qanunvericiliklə müəyyən edilmiş qaydada xüsusi bülletenlər və digər nəşrlər buraxmaq;
9.5. vergi nəzarəti tədbirləri həyata keçirilərkən qanunvericiliklə müəyyənləşdirilmiş hüquqlardan istifadə etmək;
9.6. vergi ödəyicilərində bütün maliyyə sənədlərini, mühasibat kitablarını, hesabatları, smetaları, nağd vəsaitləri, qiymətli kağızları və başqa qiymətliləri, bəyannamələri və vergilərin hesablanması və ödənilməsi ilə bağlı olan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada yoxlamaq, yoxlamaların keçirilməsi zamanı yoxlamaya aid olan məsələlərlə bağlı vergi ödəyicilərindən və ya onların vəzifəli şəxslərindən lazımi izahatlar, arayışlar və məlumatlar almaq, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda elektron auditin məqsədləri üçün vergi ödəyicisinin və onun filiallarının elektron daşıyıcılarmdakı məlumatlarının verilməsini, həmin məlumatlara birbaşa və ya məsafədən çıxış imkanının yaradılmasını tələb etmək;
9.7. maliyyə institutlarında vergi monitorinqi aparmaq və bununla bağlı maliyyə institutlarından vergi və maliyyə əməliyyatları barədə sənədləri və məlumatları elektron və (və yä) kağız daşıyıcılarda almaq;
9.8. vergi ödəyicilərinin gəlir götürmək üçün istifadə etdikləri, yaxud vergi tutulan obyektlərin saxlanılması ilə bağlı olan istehsal, anbar, ticarət və digər binalarda (ərazilərdə) istehsal həcminin və ya satış dövriyyəsinin müəyyənləşdirilməsi məqsədilə qaunvericilikdə müəyyən edilmiş hallarda və qaydada xronometraj metodu ilə müşahidə aparmaq və baxış keçirmək, qanunla müəyyən edilmiş qaydada sənədləri və nümunə kimi əşyaları götürmək;
9.9. vergi ödəyicilərindən vergi qanunvericiliyinin pozulması hallarının aradan qaldırılmasını, habelə vergi ödəyicisi auditor tərəfindən yoxlanılmalı olduğu halda auditor rəyini tələb etmək;
9.10. vergi qanunvericiliyinə müvafiq olaraq bazar qiymətləri nəzərə alınmaqla vergilərin hesablanmasını təmin etmək məqsədi ilə bazar qiymətlərinin qeydə alınmasını və bazar qiymətləri barədə informasiya bazasının yaradılmasını təmin etmək;
9.11. vergi qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada əlaqəli məlumatlara əsasən, yaxud birbaşa və ya dolayı qiymətləndirmə metodlarından istifadə etməklə vergitutma bazasını və vergiləri hesablamaq;
9.12. qanunvericiliklə müəyyən edilmiş qaydada vergi öhdəliklərinin, habelə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yerinə yetirilməsi müddətini dəyişdirmək;
9.13. qanunla müəyyən edilmiş qaydada vergi qanunvericiliyinin, sığorta haqlarının hesablanmasına və ödənilməsinə münasibətdə sosial sığorta, işsizlikdən sığorta və tibbi sığorta qanunvericiliklərinin pozulması ilə bağlı
işlərə baxmaq, vergi ödəyicilərinin vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə borclarına faizlər hesablamaq, onlara maliyyə sanksiyaları və inzibati cərimələr tətbiq etmək;
9.14. qanunla müəyyən edilmiş müddətlərdə ödənilməmiş vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin ödənilməsini təmin etmək məqsədilə qanunvericiliklə nəzərdə tutulmuş tədbirləri həyata keçirmək;
9.15. səyyar vergi yoxlamaları zamanı vergidən yayınma sxemi aşkar etdikdə, faktiki iqtisadi göstəriciləri əsas götürülməklə vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələrin hesablanmasını təmin etmək;
9.16. hesablanmış vergilərin, faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının və inzibati cərimələrin nağd və ya köçürmə qaydasında ödənilməsini təmin etmək;
9.17. qanunla müəyyən edilmiş hallarda vergi ödəyicisinin hesablaşma, valyuta və digər hesablarına həbs qoyulması barədə məhkəmədə iddia qaldırmaq;
9.18. hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının alınması barədə, yaxud hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinin təmin olunması məqsədilə vergi ödəyicisinin siyahıya alınmış əmlakının ixtisaslaşdırılmış açıq hərraclarda satılması barədə məhkəmədə iddia qaldırmaq;
9.19. qanunvericiliklə müəyyən olunmuş hallarda və qaydada əməliyyat- axtarış fəaliyyətini həyata keçirmək, təhqiqat və istintaq aparmaq;
9.20. müvafiq sahədə qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati xətalar haqqında işlərə baxmaq, inzibati tənbeh tədbirləri tətbiq etmək;
9.21. müstəqil ekspert və mütəxəssisləri, məsləhətçi şirkətləri, elmi təşkilatları müqavilə əsasında, bu məqsəd üçün nəzərdə tutulmuş vəsait çərçivəsində öz fəaliyyətinə cəlb etmək, ictimai əsaslarla işçi qruplar və komissiyalar yaratmaq;
9.22. nəzarət markalarının qəsdən məhv edilməsinin, saxtalaşdırılmasının, qeyri-qanuni yolla hazırlanmasının, istifadəsinin və
satışının qarşısının alınması sahəsində nəzarətin həyata keçirilməsini təmin etmək;
9.23. lisenziya və ya icazə tələb olunan fəaliyyət lisenziya və ya icazə olmadan həyata keçirildiyi halda qanunvericiliyə uyğun olaraq müvafiq tədbir görmək;
9.24. nəzarət-kassa aparatlarının tətbiqinə və əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına nəzarəti təmin etmək;
9.25. lisenziya və ya icazə tələb olunan fəaliyyət növləri ilə məşğul olan şəxslərə verilmiş lisenziyanın və ya icazənin dayandırılması və ya ləğv edilməsi barədə vəsatət qaldırmaq;
9.26. qanunla müəyyən edilmiş hallarda kommersiya hüquqi şəxslərinin və publik hüquqi şəxslərin dövlət qeydiyyatının ləğv edilməsi barədə məhkəmədə iddia qaldırmaq;
9.27. aksiz markaları ilə markalanmalı və məcburi nişanlama ilə nişanlanmalı olan malların muxtar respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi ilə bağlı müəyyənləşdirilmiş qaydaların tələblərinə riayət olunmasına nəzarət etmək;
9.28. qanunvericiliyə uyğun olaraq, aksiz markalarının satışını və uçotunu, habelə istehsalçıların və idxalçıların aksiz markaları ilə təchiz olunmasını təşkil etmək;
9.29. qanunvericiliyə uyğun olaraq, məcburi nişanlamanın hazırlanmasını, onların vergi ödəyicilərinə verilməsini və uçotunu təşkil etmək, habelə istehsalçıların və idxalçıların məcburi nişanlama ilə təchiz olunmasmı təmin etmək;
9.30. qanunvericiliyə uyğun olaraq nəzarət markalarının hazırlanmasını təmin etmək;
9.31. aksiz markası ilə markalanmalı olan malların, habelə dini təyinatlı ədəbiyyatın (kağız və elektron daşıyıcılarda), audio və video materialların, mal və məmulatların və dini məzmunlu başqa məlumat materiallarının markalanmadan və ya saxta markalar ilə markalanmış malların satışının həyata keçirilməsi faktı aşkar edildikdə, həmin malları siyahıya almaq və qanunvericiliyə uyğun olaraq tədbir görmək;
9.32. strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların və onların vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv etmək;
9.33. qanunvericiliklə müəyyən edilmiş qaydada və hallarda vergi ödəyiciləri üçün icrası məcburi olan qərarlar qəbul etmək;
9.34. dövlət vergi orqanlarının səlahiyyətlərinə aid məsələlər üzrə metodik və təlimat xarakterli göstərişlər, məsləhət və izahatlar vermək;
9.35. qanunvericilikdə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.

V. Xidmətin fəaliyyətinin təşkili

10. Xidmətin Aparatı, onun strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar (hüquqi şəxslər, təşkilatlar və s.) Xidmətin sistemini təşkil edir. Xidmət öz fəaliyyətini bilavasitə və həmin qurumlar vasitəsilə həyata keçirir.
11. Xidmətin strukturunu, onun Aparatının və strukturuna daxil olan qurumların işçilərinin say həddini Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri müəyyən edir. Xidmətin strukturuna daxil olmayan tabeliyindəki qurumların (hüquqi şəxslərin, təşkilatların və s.) siyahısını Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
12. Xidmətin fəaliyyətinə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən rəis (bundan sonra - rəis) rəhbərlik edir. Rəis Xidmətə həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır.
13. Rəisin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən müavini vardır. Rəis müavini ona həvalə edilmiş vəzifələri yerinə yetirir və bunun üçün şəxsən məsuliyyət daşıyır.
14. Rəis:
14.1. Xidmətin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
14.2. Xidmətin vəzifəli şəxslərinin səlahiyyətlərini müəyyənləşdirir və qarşılıqlı fəaliyyətini təmin edir;
14.3. Xidmətin Aparatının struktur bölmələrinin, strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların nizamnamələrini (əsasnamələrini) təsdiq edir;
14.4. Xidmətin Aparatının, Xidmətin strukturuna daxil olan qurumların
və strukturuna daxil olmayan tabeliyindəki qurumların rəhbərlərini və onların müavinlərini, digər işçiləri vəzifəyə təyin və vəzifədən azad edir, onlar barəsində həvəsləndirmə və intizam tənbehi tədbirləri görür;

14.5. işçilərin ixtisasının artırılması, həmçinin onların peşə hazırlığının təmin edilməsi üçün müvafiq tədbirlər görür;
14.6. Xidmətin işçilərinə qanunvericiliyə uyğun xüsusi rütbələr və ixtisas dərəcələri verir;
14.7. müvafiq sahədə xidmətləri olan şəxslərə fəxri adlarm verilməsi və ya onların dövlət mükafatları ilə təltif edilməsi üçün təqdimat verir;
14.8. vətəndaşların qəbulunu və müraciətlərinə baxılmanı təmin edir;
14.9. əmr və sərəncam formasında qeyri-normativ hüquqi aktlar qəbul edir, habelə Xidmətin qəbul etdiyi normativ hüquqi aktların icrasmı təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
14.10. Xidmətin vəzifəli şəxslərinin qanunvericiliyə zidd olan qərarlarını ləğv edir;
14.11. dövlət orqanları, idarə, müəssisə və təşkilatlar, hüquqi və fiziki şəxslər ilə münasibətlərdə Xidməti təmsil edir;
14.12. Xidmətin fəaliyyət istiqamətləri üzrə müvafiq il üçün dövlət büdcəsinin və büdcədənkənar fondların formalaşdırılması ilə bağlı təkliflər verir;
14.13. dövlət büdcəsindən ayrılan vəsaitin, həmçinin büdcədənkənar xüsusi vəsaitin sərəncamçısı olmaqla, maliyyə vəsaitini bölüşdürür, səmərəli və təyinatı üzrə xərclənməsini, ayrılmış vəsaitin həddi nəzərə alınmaqla, işçilərin vəzifə maaşlarına əlavələrin, maddi yardım və mükafatların verilməsini təmin edir;
14.14. Xidmətin səlahiyyətinə aid olan məsələlər ilə bağlı zəruri normativ hüquqi aktları aidiyyəti üzrə təqdim edir;
14.15. səlahiyyətləri daxilində dövlət sirrinə aid olan məlumatların mühafizəsini təmin edir.
15. Xidmətin strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki digər qurumlar onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməsi və funksiyaların həyata keçirilməsi üçün birbaşa məsuliyyət daşıyırlar.
16. Rəis öz səlahiyyətlərinin bir hissəsinin həyata keçirilməsini, yaxud vəzifələrinin müvəqqəti icrasını müavininə həvalə edə bilər.
17. Xidmətdə rəisdən (Kollegiyanın sədrindən), rəisin müavinindən və Xidmətin digər rəhbər işçilərindən ibarət Kollegiya yaradılır. Xidmətin Kollegiyasının tərkibinə mütəxəssislər və alimlər də daxil edilə bilərlər.
18. Xidmətin Kollegiyasının üzvlərinin sayını və tərkibini Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti təsdiq edir.
19. Xidmətin Kollegiyası öz iclaslarında Xidmətin fəaliyyəti ilə bağlı məsələləri müzakirəyə çıxarır və müvafiq qərarlar qəbul edir.
20. Xidmətin Kollegiyası qərarlar formasında aşağıdakı normativ hüquqi aktları qəbul edir:
20.1. Xidmətlə digər şəxslər (qurumlar) arasında münasibətləri tənzimləyən normativ hüquqi aktlar;
20.2. bir neçə dövlət orqanının fəaliyyətini tənzimləyən vahid (birgə) normativ hüquqi aktlar;
20.3. aidiyyəti dövlət orqanları ilə razılaşdırılmalı olan normativ hüquqi aktlar;
20.4. rəisin təşəbbüsü ilə Xidmətin Kollegiyasının müzakirəsinə çıxarılan bu Əsasnamənin 14.3-cü yarımbəndində nəzərdə tutulmuş normativ hüquqi aktlar;
20.5. bu Əsasnamənin 20.1-20.4-cü yarımbəndlərinə uyğun olaraq, Xidmətin Kollegiyasının qəbul etdiyi normativ hüquqi aktların ləğvi və ya onlarda dəyişikliklərin edilməsi barədə hüquqi aktlar.
21. Xidmətin Kollegiyasının iclasları onun üzvlərinin yarıdan çoxu iştirak etdikdə səlahiyyətlidir. Xidmətin Kollegiyasının qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. Xidmətin Kollegiyasının qərarı qəbul edilərkən səslər bərabər olduqda, Kollegiya sədrinin səsi həlledici hesab edilir.
22. Xidmətin Kollegiyasının üzvləri arasında fikir ayrılığı yarandığı hallarda, rəis bu barədə Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə məlumat verərək, öz qərarını həyata keçirir. Xidmətin Kollegiyasının şəxsi fikirləri (xüsusi rəyi) olan üzvləri bu barədə məlumatı Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə çatdıra bilərlər.
23. Xidmətin Kollegiyasının iclaslarına zəruri hallarda digər icra hakimiyyəti orqanlarının və təşkilatların, habelə muxtar respublikada qeydiyyatdan keçən qeyri-hökumət təşkilatlarının nümayəndələri dəvət edilə bilərlər.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

003858
Bu gün
Dünən
Bu ay
39
168
3858