Sturtup Banner

Sədərək rayonunun Heydərabad qəsəbəsində “elektron ödəniş” xidmətləri mövzusunda maarifləndirici tədbir keçirilib

Rəqəmsal ödəniş Sədərək

Sədərək rayonunun Heydərabad qəsəbəsində “elektron ödəniş” xidmətləri mövzusunda maarifləndirici tədbir keçirilibdir. Çıxışlarada xərcləriniz haqqında məlumatı təhlil edərək, büdcənizi daha yaxşı idarə edə və xərclərinizi əvvəlcədən planlaşdıra bilinəcəyiniz vurğulanıb. Qeyd olunub ki, nağdsız hesablaşma alətləri bütün ödənişlər barədə məlumatların saxlanılmasını təmin edir. Xərclər haqqında ətraflı məlumatları özündə cəmləyərək, "Pul hara xərcləndi? " kimi tez-tez yaranan sualların meydana çıxmasının qarşısını alır.
Qeyd edilib ki, Naxçıvan sürətlə inkişaf edir və bu gün muxtar respublikamızın ödəniş infrastrukturu dünya praktikasında mövcud olan ənənəvi ödəniş sistemləri baxımından ən müasir tələblərə cavab verir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və hazırlanmış bukletlər paylanılıbdır.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti