Naxçıvan Muxtar Respublikasında koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə
çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstərilmiş
vergi ödəyicilərinin adlı siyahısını (son yenilənmə 30.06.2020) buradan yükləyə bilərsiz.

Vergi Məcəlləsində edilmiş dəyişikliklər - 2020
suallar və cavablarda
Elektron qaimə-faktura
istifadəçi təlimatı və lazımi proqramlar
Sabit vergi və onun tətbiqi
Əmək müqaviləsinin bağlanması
hüquqi və inzibati prosedurlar
afisha2.jpg

XƏBƏRLƏR

«
||
»

Şərur rayonunun Dəmirçi kəndində “nağdsız ödəniş”lərin üstünlükləri mövzusunda tədbir keçirilib

Rəqəmsal ödəniş Şərur

Şərur rayonunun Dəmirçi kəndində kart sahiblərinin iştirakı ilə nağdsız ödənişlərin genişləndiriməsi istiqamətində növbəti görüş keçirilibdir. Çıxışlarda qeyd edilib ki, nağdsız ödənişlərin bir çox üstünlükləri var. Əvvəla, kart vasitəsilə edilən bütün əməliyyatların dəqiq uçotu aparılır. Yəni, kart sahibi ondan istifadəyə dair məlumatları istənilən anda əldə edə bilər. Təcrübə göstərir ki, nağd alış-verişlə müqayisədə kartla alınan malları geri qaytarmaq daha asandır. Bundan başqa, plastik kartlardan istifadə təhlükəsizdir. Bu kartlar vasitəsilə evdə kompüterin qarşısında əyləşib kommunal xidmət haqlarını da ödəmək mümkündür. Plastik kartların üstünlüklərindən biri də budur ki, dünyanın istənilən nöqtəsində ondan istifadə etmək olar. İstifadəçilər ölkəmizdə fəaliyyət göstərən hər hansı bir bankdan aldıqları kartla dünyanın istənilən ölkəsində və istənilən valyutasında nağd pul çıxarmaq və alış-veriş etmək imkanına sahib olurlar. Ən böyük üstünlüklərdən biri də budur ki, hesabınızda olan pullara, sadəcə, kart sahibi nəzarət edir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və hazırlanmış bukletlər paylanılıbdır.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

İnternet vergi idarəsi

20923
Bu gün
Dünən
Bu ay
27
236
958
Tarix: 04-07-2020