Sturtup Banner

Şahbuz rayonunun Kolanı kəndində maarifləndirici görüş keçirilib

Rəqəmsal ödəniş Şahbuz

Şahbuz rayonunun Kolanı kəndində “NAĞDSIZ ÖDƏYƏK” adlı növbəti maarifləndirici görüş keçirilib. Tədbirdə qeyd edilib ki, muxtar respublikada əksər müəssisə və təşkilatlarda, təhsil, səhiyyə və digər sahələrdə işləyənlərin əməkhaqqları , pensiya və müavinətlər həmin şəxslərin bank hesabına daxil olur. Nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə yanaşı maarifləndirici tədbirlərin keçirilməsi də əhalini elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə sövq etmişdir. Diqqətə çatdırılıb ki, “nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin ümumilikdə keçirilmiş 11 tirajında 205 Şahbuz rayon sakininə qiymətli məişət hədiyyələri təqdim olunub.
Nəzərə çatdırılıb ki, rəqəmsal ödəniş sistemi müasir dünyanın əsas iqtisadi çağırışlarından biri olmaqla vergi sisteminin təkmilləşdirilməsində ümumilikdə iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və hazırlanmış bukletlər paylanılıbdır.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti