Sturtup Banner

Babək rayonunun Cəhri kəndində sahibkarlar və kart sahiblərinin iştirakı ilə tədbir keçirilib

Rəqəmsal ödəniş Cəhri

Babək rayonunun Cəhri kəndində sahibkarlar və kart sahiblərinin iştirakı ilə Rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi mövzusunda tədbir keçirilmişdir.
Babək Rayon İcra Hakimiyyətinin əməkdaşı Asif Hacıyev nağdsız ödənişlərin üstünlükləri və əhəmiyyəti haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Rəşad Əliyev bildirmişdir ki, Naxçıvan Muxtar Respublikasında nağdsız ödəniş infrastrukturunun yaradılması, əməliyyatların həcminin artırılması, institusional mühitin yaradılması və rəqəmsal ödəniş xidmətlərindən istifadənin daha da genişləndirilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 09 avqust 2019-cu il tarixli sərəncamına əsasən “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram” təsdiq olunmuşdur.
Nəzərə çatdırılıb ki, ödəniş kartı malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, öz hesabından digər şəxsin hesabına pul vəsaitinin köçürülməsi, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Artıq muxtar respublikamızda da ödəniş kartlarından istifadə edənlərin sayı ilbəil artmaqdadır. Əksər müəssisə və təşkilatlarda, təhsil və səhiyyə və digər sahələrdə işləyənlərin əməkhaqqları , pensiya və müavinətlər həmin şəxslərin bank hesabına daxil olur. Onlar da bu vəsaitdən ödəniş kartları vasitəsilə müxtəlif əməliyyatlar aparırlar. Bildirmişdir ki, nağdsız ödənişlər zamanı üzərində nağd qaydada pul gəzdirməyə ehtiyac qalmır, bir sıra ödənişləri günün istənilən vaxtında 24 saat ərzində onlay qaydada aparılmaq olur. Nəzərə çatdırılıb ki, hər bir halda pul kisəsinin itirilməsi halları həyatımızda olur. Belə hallar baş verən zaman bank orqanınına məlumat verməklə kartda bloklaşma aparılır və vəsaitinizin tam məbləğdə qorunması təmin edilir.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin şöbə rəisi Zahid Qənbərov bildirmişdir ki, Rəqəmsal ödəniş sistemi müasir dünyanın əsas iqtisadi çağırışlarından biri olmaqla vergi sisteminin təkmilləşdirilməsində, maliyyə sabitliyinin və ümumilikdə iqtisadi inkişafın təmin edilməsində mühüm əhəmiyyətə malikdir.
Nağdsız ödənişlərin inkişafı üçün lazımi infrastrukturun yaradılması ilə yanaşı maarifləndirici və həvəsləndirici tədbirlərin keçirilməsi də əhalini elektron ödəniş xidmətlərindən daha aktiv istifadəyə sövq etmişdir. Nağdsız cəmiyyətin yaradılması, bu sahədə kütləviliyin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir. Bu günkü tədbirin keçirilməsinin də məqsədi muxtar respublikada nağdsız dövriyyənin artırılmasında kütləviliyin artırılmasına nail olmaqdan ibarətdir. Məlum olduğu kimi, ildə iki dəfə olmaqla “Nağdsız ödəyin, hədiyyə qazanın!” adı ilə həvəsləndirici tədbirlər keçirilir. Bu günə kimi keçirilən ümumilikdə 11 tirajda 2577 muxtar respublika sakininə 165 min manat dəyərində müxtəlif hədiyyələr təqdim olunub. Cari ilin sonunda da belə tədbirin keçirilməsi nəzərdə tutulmuşdur.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və bukletlər paylanılmışdır. Qeyd edək ki, anoloji tədbir həmin gün Şahbuz rayonunun Kolanı kəndində də keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti