Sturtup Banner

Ordubad rayonunun Dəstə kəndində “NAĞDSIZ ÖDƏYƏK” adlı maarifləndirici görüş keçirilib

Rəqəmsal ödəniş Ordubad

Ordubad rayonunun Dəstə kəndində “NAĞDSIZ ÖDƏYƏK” adlı maarifləndirici görüş keçirilib. Tədbirdə nağdsız ödənişlərin məqsəd və mahiyyəti barədə iştirakçılara geniş məlumat verilib.
Qeyd olunub ki, nağdsız ödənişlər etməklə vətəndaşlar həm vaxtlarına qənaət etmiş olur, həm də qiymətli hədiyyələr əldə etmək şansı əldə edirlər. Belə ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin onbirinci tirajında məhz Ordubad rayonu üzrə 55 nəfər müxtəlif qiymətli hədiyyələr əldə ediblər.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılmış və tədbir iştirakçılarına hazırlanmış bukletlər paylanılıbdır.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti