Sturtup Banner

Nağdsız ödənişlərə maraq artır

culfa24.08.2019 2
NUHÇIXAN xəbər verir ki, Culfa rayonunda fəaliyyət göstərən sahibkarların, fiziki şəxslərin iştirakı ilə “Rəqəmsal ödəniş xidmətlərinin tətbiqi və nağdsız hesablaşmaların genişləndirilməsi” mövzusunda tədbir keçirilib.

Tədbirdə bildirilib ki, muxtar respublikada nağdsız ödənişlərin inkişafı istiqamətində görülən işlərin davamı olaraq “2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Dövlət Proqram”ı təsdiq olunub. Proqramın məqsədi əhali, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş imkanlarının daha da genişləndirilməsi və mövcud infastrukturun təkminlləşdirilməsidir.

Qeyd olunub ki, 2019-cu ildə “Nağdsız ödəyin, hədiyyə qazanın!” stimullaşdırıcı tədbirin 11-ci tirajında Culfa rayonundan da 69 sakinə müxtəlif növ hədiyyələr təqdim olunub.

Tədbirdə digər çıxış edənlər rəqəmsal ödəniş xidmətlərinin tətbiqi, plastik kartlarla aparılan ödənişlər, onlayn nağdsız əməliyyat barədə məlumatları tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti