Naxçıvan Muxtar Respublikasında koronavirus pandemiyasından zərər çəkmiş sahələrdə
çalışan muzdlu işçilərə və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi göstərilmiş
vergi ödəyicilərinin adlı siyahısını (son yenilənmə 30.06.2020) buradan yükləyə bilərsiz.

Vergi Məcəlləsində edilmiş dəyişikliklər - 2020
suallar və cavablarda
Elektron qaimə-faktura
istifadəçi təlimatı və lazımi proqramlar
Sabit vergi və onun tətbiqi
Əmək müqaviləsinin bağlanması
hüquqi və inzibati prosedurlar
afisha2.jpg

XƏBƏRLƏR

«
||
»

Kənd təsərrüfatının inkişafı hərtərəfli qayğı ilə əhatə olunub

kendteseruffati2018-ci il dekabrın 27-də beşinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin doqquzuncu sessiyasında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları” ili elan olunmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında ailə təsərrüfatlarının inkişafı ilə bağlı” 2019-cu il 18 yanvar tarixli Sərəncamı ilə təsdiq olunmuş Tədbirlər Planına uyğun olaraq Vergi Məcəlləsində kənd təsərrüfatına və kənd təsərrüfatı məhsullarının istehsalçılarına edilən azadolmalar və güzəştlərlə bağlı ictimaiyyətin maarifləndirilməsi işi diqqət mərkəzində saxlanılır, maarifləndirmə tədbirləri davam etdirilir.

Hazırda Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçıları, torpaq vergisi istisna olmaqla, digər vergilərdən azaddır. 2001-ci ildən 5 il müddətinə tətbiq edilən və indiyədək 4 dəfə müddəti uzadılan bu güzəştlər 2024-cü ilədək qüvvədə olacaq. Bundan başqa, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi şəxslərin də bu fəaliyyətdən əldə etdiyi gəlirləri mənfəət vergisindən azad olunub. Kənd təsərrüfatı sektorunda fəaliyyət göstərən hüquqi və fiziki şəxslər əmlak vergisini ödəməkdən azad ediliblər. Vergi Məcəlləsinə əsasən, kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 10 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar. Həmin şəxslər vergi güzəşti hüququndan istifadə etmək üçün kənd təsərrüfatı məhsullarının istehsalı prosesində istifadə olunan əmlaklarla bağlı sənədləri aidiyyəti üzrə təqdim etməlidir. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi də 2014-cü il yanvarın 1-dən 10 il müddətinə vergidən azad edilibdir.

Əminliklə demək olar ki, muxtar respublikamız günü gündən daha da inkişaf edir, insanların sosial təminatları və həyat güzəranları daha da yaxşılaşır.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti

İnternet vergi idarəsi

20936
Bu gün
Dünən
Bu ay
40
236
971
Tarix: 04-07-2020