Sturtup Banner

Naxçıvanda özəl sektor üzrə daxilolmalar 9,7 faiz artıb

vergiproqnozMuxtar respublikamızda vergi və digər ödənişlərin vaxtında və tam şəkildə büdcəyə ödənilməsi əhalinin rifah səviyyəsinin daha da yaxşılaşdırılmasına və muxtar respublika iqtisadiyyatının hərtərəfli inkişafına təkan verir.
Ötən dövr ərzində vergi intizamının və vergi mədəniyyətinin formalaşması, vətəndaşlarda vergi qanunvericiliyinə hörmətlə yanaşmaq və əməl etmək bacarığı öz müsbət nəticələrinin verməkdədir. Belə ki, may ayı ərzində Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyi üzrə müəyyənləşdirilmiş proqnoz 103,9 faiz icra edilib. Daxil olmuş vəsaitlərin mənbəyinə gəldikdə isə, onların 39,3 faizi dövlət sektorunun, 60,7 faizi isə özəl sektorun payına düşüb. Özəl sektor üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,7 faiz artıb.

     Aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin nəticəsidir ki, gələcəkdə insanların layiqli pensiya və digər təminatlardan yararlanması üçün ödənilməsi zəruri olan məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 157,4 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 143,3 faiz əməl edilib. İstər vergilər üzrə, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

     Muxtar respublikamızda iqtisadiyyatın davamlı inkişafının təmin edilməsi, özəl sektora dövlət dəstəyinin gücləndirilməsi, xüsusilə, rayonlarda mikro, kiçik və orta sahibkarlıq fəaliyyətinin genişlənməsi bu sahədə vergi daxilolmalarının əhəmiyyətli dərəcədə artımına səbəb olub. Belə ki, Vergilər Nazirliyinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsi ilə may ayı ərzində 6 kommersiya hüquqi şəxs dövlət qeydiyyatına alınıb. Bundan əlavə, bu dövrdə 344 fiziki şəxs sahibkarlıq uçotuna alınmışdır. Qeydiyyata alınan fiziki şəxslərin 89,5 faizi muxtar respublikanın rayonlarının payına düşmüşdür. Bütün bu müsbət göstəricilər özəl sektora göstərilən diqqət və qayğının ən bariz nümunəsidir.

     Nazirlik tərəfindən vergiödəyiciləri ilə aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin nəticəsidir ki, nazirlik may ayını vergi borcu olmadan başa vurub.

Naxçıvan Muxtar Respublikasının
Vergilər Nazirliyinin mətbuat xidməti