Hörmətli Vergi ödəyiciləri!
Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciətƏmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciəti birbaşa keçidlər və ya aşağıda qeyd olunan keçid yolu vasitəsilə təqdim edə bilərsiniz. İnternet Vergi İdarəsinə daxil olduqda "Onlayn kargüzarlıq və e-VHF" bölməsi > Yeni müraciət > Müraciətin növü - Ərizə > Sənədin növü - "Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət" və "Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət".
Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatina buradan tanış ola bilərsiniz.
Vergi Məcəlləsində edilmiş dəyişikliklər - 2020
suallar və cavablarda
Elektron qaimə-faktura
istifadəçi təlimatı və lazımi proqramlar
Sabit vergi və onun tətbiqi
Əmək müqaviləsinin bağlanması
hüquqi və inzibati prosedurlar
afisha2.jpg

XƏBƏRLƏR

«
||
»

Cari vergi ödəmələri

vergiodeme

Sadələşdirilmiş verginin ödəyicilərinin bir hissəsi 1 yanvar 2019-cu ildən etibarən mikro sahibkarlıq subyekti kimi mənfəət və ya gəlir vergisinin ödəyicisi hesab edilir. Vergi Məcəlləsinin 102.1.30. və 106.1.20-ci maddələrinə əsasən, mikro sahibkarlıq subyekti olan vergi ödəyicilərinin sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirin və ya mənfəətin 75 faizinə güzəşt nəzərdə tutulur. Vergi Məcəlləsinin 218.5-ci maddəsinə edilmiş əlavəyə əsasən, aşağıdakı vergi ödəyiciləri qanunun tələbindən irəli gələrək məcburi qaydada sadələşdirilmiş formada verginin hesablanması hüququndan məhrum olunurlar:

- işçi sayı 10 nəfərdən çox olan istehsal fəaliyyətini həyata keçirən şəxslər;
- topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən şəxslər;
- vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulmuş şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla);
- qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, habelə almazın (emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş və emal olunmamış, çeşidlənməmiş, çərçivəyə salınmamış və bərkidilməmiş almaz) satışını həyata keçirən şəxslər;
- xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslər;
- bina tikintisi fəaliyyəti ilə məşğul olan və icbari sığorta müqavilələri üzrə xidmət göstərən şəxslər istisna olmaqla, lisenziya tələb edilən fəaliyyət növü ilə məşğul olan şəxslər.

     2019-cu ilin yanvar ayından Vergi Məcəlləsinin 218.5-ci maddəsinin genişləndirilməsi sadələşdirilmiş qaydada uçot aparan vergi ödəyicilərinin hüquqlarının məhdudlaşdırılması və gəlir-xərc prinsipi üzrə işləyən vergi ödəyicilərinin siyahısının genişləndirilməsi kimi qiymətləndirmək olar. Maddəyə görə, artıq əvvəlki illərə münasibətdə sadələşdirilmiş vergi ödəyiciləri bu ildən fərdi sahibkarların gəlir, hüquqi şəxslərin isə mənfəət vergisinin ödəyicisi olacaqlar.

     Sadələşdirilmiş qaydada bəyannamə verən vergi ödəyicisi bu ildən gəlir və mənfəət vergisinin ödəyicisi olduğuna görə gəlir və xərcin uçotunu aparmalı və buna əsasən gəlir və mənfəət vergisi bəyannaməsi təqdim etməlidir. Hər rübdən sonra ildə 4 dəfə olmaqla hər ayın 20-ə kimi sadələşdirilmiş vergi bəyannaməsi verən vergi ödəyicisi artıq sadələşdirilmiş vergi bəyannaməsi təqdim etmək yerinə, Vergi Məcəlləsinin 151.5-ci maddəsinə əsasən, cari vergi ödəməsi ilə bağlı arayış təqdim etməli olacaq. Arayış vergi ödəyicisinin həmin dövr ərzində əldə etdiyi gəlirini təsdiq edən sənəd əsasında gəlirdən çıxılan xərclərini çıxmaqla yerdə qalan mənfəətindən 20 faiz mənfəət vergisi hesablanmalı olduğunu təsdiq edir.

 Şahbuz Rayon Vergilər Şöbəsi

İnternet vergi idarəsi

180901
Bu gün
Dünən
Bu ay
144
261
7496
Tarix: 31-05-2020