Sturtup Banner

Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklər

sosialsigortaqanunSosial sığorta - Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır.

Sosial sığorta məcburi dövlət sığortası və könüllü (əlavə) sığorta formalarında olur. Məcburi dövlət sosial sığortası sığortaedənlər tərəfindən bütün əmək müqaviləsi (kontraktı) üzrə işləyənlər barəsində həyata keçirilir. Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda digər şəxslər də məcburi dövlət sosial sığortasına cəlb olunurlar.

Sosial sığorta haqqında Azərbaycan Respublikasının Qanununa edilmiş dəyişikliklərdən biri sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqının tutulmasıdır. Belə ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna (özəl sektora) aid edilən sahələrdə işləyən sığortaolunanların muzdlu işdən aylıq gəlirlərindən məcburi dövlət sosial sığorta haqqı 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı dərəcələrlə ödənilir:

Sığorta haqqına cəlb edilən aylıq gəlir

sosial sığorta haqqı dərəcəsi

 cəmi

sığortaolunanın   gəlirlərindən tutulan

sığortaedənin  vəsaiti hesabına ödənilən

200 manatadək

25 faiz

3 faiz

22 faiz

200 manatdan çox olduqda

25 faiz

6 manat + 200 manatdan çox olan hissənin 10 faizi

44 manat + 200 manatdan çox olan hissənin 15 faizi

Deməli, aylıq gəlirin 200 manatadək olan hissəsinin 3%-i işçi, 22%-i işəgötürən tərəfindən, 200 manatdan çox olan məbləğin isə 10%- işçi, 15 %-i işəgötürən tərəfindən ödəniləcəkdir. Bunu sadə nümunə ilə izah edək. Qıvraq qəsəbəsində çörək sexində işləyən və aylıq 500 manat əməkhaqqı alan bir işçiyə görə hesablanmış məcburi dövlət sosial sığorta haqqı 125 manat olacaqdır və bunun 36 manatı ((200 * 3%) + (300 * 10%)=6+30=36) işçinin gəlirindən, 89 manatı   ( (200 * 22 %) + (300 * 15 %) = 44 + 45 = 89) isə işəgötürən tərəfindən ödəniləcəkdir.

Azərbaycan Respublikasının Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklərə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna (özəl sektora) aid edilən sahələrdə çalışan şəxslərin muzdlu işdən əldə etdikləri aylıq gəlirinin 8000 manata qədəri gəlir vergisindən azad edilmişdir. Bu halda isə həm işəgötürən, həm də işçilərə nəzərən aylıq gəlirdən tutulmalar aşağı salınmışdır.

Kəngərli Rayon Vergilər Şöbəsi