Sturtup Banner

muracietbanner

Tələbələrlə növbəti görüş keçirilmişdir

unvtedbir2“Naxçıvan” Universitetində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə hamiliyinə verilmiş iqtisadiyyat ixtisasının tələbələri ilə hamiliklə bağlı tədbir keçirilmişdir.
Görüşdə “Naxçıvan” Universitetinin tədris və tərbiyə işləri üzrə prorektoru, iqtisad üzrə fəlsəfə doktoru, Hüseyn Bağırsoylu Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamın əhəmiyyətindən danışıb. Qeyd edib ki, gələcəkdə müvafiq sahələrdə çalışacaq kadrların daha peşəkar yetişməsi, onların seçdikləri ixtisasların sirlərinə dərindən yiyələnmələri sürətli və dayanıqlı inkişafın əsas amillərindən biridir.
Naxçıvan Muxtar Respublikası Vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarında əksini tapan vəzifələrin icrası istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində “Naxçıvan” Universitetinin hamiliyə götürülən iqtisadiyyat ixtisasının tələbələri ilə mütəmadi görüşlər keçirilir və onlar istehsalat təcrübələrində yaxından iştirak edirlər. Bu gün vergi orqanlarında çalışanlar arasında universitetin məzunu olan gənc iqtisadçılar da az deyil. Belə görüşlərin keçirilməsi, aparılan istehsalat təcrübələri onların nəzəriyyədə qazandıqlarını praktika ilə uyğunlaşdırmasına şərait yaradır.
Nəzərə çatdırıb ki, cəmiyyətimizin sürətli inkişafından əldə edilən nailiyyətlər, müasir dövrün və zamanın tələbləri bizi artıq innovasion ictimai sistem, innovasion iqtisadiyyat, nümunəvi həyat barədə daha dərindən düşünməyə və əməli işlər görməyə vadar edir. Davamlı olaraq bundan sonrakı dövlərdə Vergilər Nazirliyinə hamiliyə verilmiş ixtisaslarla görüşlərimiz nəzərdə tutulmuşdur. Bu və bundan sonrakı görüşlər sizin elmi inkişafınıza, praktiki vərdişlərinizin artmasına öz töhvəsini verəcəkdir.

unvtedbir3
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı Elçin Babayev slaydlar vasitəsi ilə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində məlumat verib, hazırlanan layihələrin təhlil edilməsi barədə fikirlərini çatdırıb.
Qeyd edib ki, tələbələr vergi.nakhchivan.az rəsmi internet səhifəsinə daxil olmaqla “Startap layihələrini Vergilər Nazirliyinə onlayn olaraq göndərə bilərlər.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı Nihad Möhbalıyev “Məhsul yaratma və məhsulun həyat dövrü” haqqında slaydlar vasitəsi ilə geniş məlumat verərək bildirib ki, hər şey bir fikirlə başlayır, yeni məhsulun yaradılması və mövcud məhsulun təkmilləşdirilməsi bir neçə mərhələdən keçir. Bu mərhələlərdə müxtəlif mənbələrdən əldə edilmiş böyük fikirlər toplusundan ibarət ideya hovuzunu özündə ehtiva edir. Yaxşı və tətbiqolunabilən ideyaların seçilməsi və son nəticədə məhsul tam hazır şəkildə bazara təqdim edilməsi məhsul yaratmanın sonuncu, məhsulun həyat dövrünün isə ilkin mərhələsi hesab olunur.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, hamiliyə verilmiş tələbələrlə mütəmadi görüş və tədbirlərin geçiriləcəyi diqqətə çatdırılıb.

 

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyin mətbuat xidməti