Hörmətli Vergi ödəyiciləri!
Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciətƏmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciəti birbaşa keçidlər və ya aşağıda qeyd olunan keçid yolu vasitəsilə təqdim edə bilərsiniz. İnternet Vergi İdarəsinə daxil olduqda "Onlayn kargüzarlıq və e-VHF" bölməsi > Yeni müraciət > Müraciətin növü - Ərizə > Sənədin növü - "Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət" və "Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət".
Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatina buradan tanış ola bilərsiniz.
Vergi Məcəlləsində edilmiş dəyişikliklər - 2020
suallar və cavablarda
Elektron qaimə-faktura
istifadəçi təlimatı və lazımi proqramlar
Sabit vergi və onun tətbiqi
Əmək müqaviləsinin bağlanması
hüquqi və inzibati prosedurlar
afisha2.jpg

XƏBƏRLƏR

«
||
»

POS-terminalla ödənilən məbləğlərə vergi güzəşti

cashlesscardVergi Məcəlləsində 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən, POS-terminalla həyata keçirilən ödənişlərə görə sahibkarlara müəyyən güzəştlər verilib.
Məcəllənin 102.1.24-cü maddəsində qeyd edilib ki, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və ictimai iaşə fəaliyyəti ilə məşğul olan fərdi sahibkar tərəfindən büdcəyə ödənilməli olan gəlir vergisinin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi gəlirdəki xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır.
Bu güzəştin alınması hüququ müəyyən edilərkən Vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır. Bu, vergi orqanında qeydiyyatda olan şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün aldıqları mallara (işlərə, xidmətlərə) görə ödədikləri məbləğlərə münasibətdə tətbiq edilir. Vergi orqanında qeydiyyatda olan şəxsin şəxsi istehlak məqsədi üçün aldığı mala görə nağdsız qaydada POS-terminal vasitəsilə ödədiyi məbləğlər isə bu maddənin məqsədləri üçün nəzərə alınır.
Misal: tutaq ki, sizin ümumi gəliriniz 1.000 manatdır. Onun 200 manatı nağd qaydada, 800 manatı isə POS-terminal vasitəsilə daxil olub. Əgər sizin xərcləriniz 700 manat olarsa, həmin məbləğ çıxıldıqdan sonra gəliriniz müəyyən olunur:
Gəlirdən çıxılan ümumi xərc = 700 manat; 1000 - 700 = 300 manat. Beləliklə, gəlir = 300 manat olur.
Güzəşt tətbiq edilmədiyi halda vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 60 manat təşkil edirdi:
Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği 48 manat olub. Burada 12 manat azalma müşahidə edilir:

Şərur Rayon Vergilər İdarəsi

İnternet vergi idarəsi

180941
Bu gün
Dünən
Bu ay
184
261
7536
Tarix: 31-05-2020