Sturtup Banner

Culfa Rayon Əbrəqunus kəndində sahibkarlarlarla görüş

culfa tedbir2Culfa Rayon Əbrəqunus kəndində sahibkarlar və kənd sakinlərinin iştirakı ilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası qanunlarına edilmiş əlavə və dəyişikliklər mövzusunda tədbir keçirilmişdir.
Tədbiri giriş sözü açan Culfa Rayon İcra Hakimiyyəti başçısının müavini Vüsal Məmmədzadə keçirilən yığıncağın əhəmiyyətindən danışıb.
Culfa Rayon Vergilər Şöbəsinin rəisi Qurban Hacıyev bildirib ki, Vergi qanunvericiliyində baş verən dəyişikliklərin əsas nəticəsi əhalinin vergi yükünün azaldılmasından ibarətdir. Ümumilikdə, Vergi Məcəlləsinə 240-dan çox dəyişiklik edilib. Bu dəyişikliklər beş istiqamətdə özünü birləşdirir - sahibkarlığa dəstək, iqtisadiyyatın şəffaflığının təmin edilməsi, vergi tutuma bazasının genişləndirilməsi, vergi nəzarətinin mükəmməlləşdirilməsi, sahibkarlar üçün güzəşt və azadolmaların effektliyinin artırılması.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı Zahid Qənbərov qeyd edibdir ki, Azərbaycan Respublikasında sahibkarlığın inkişafı, biznes mühitinin daha da yaxşılaşdırılması məqsədilə vergi qanunvericiliyinə mühüm dəyişikliklər edilib. Muxtar respublikada həyata keçirilən sosial-iqtisadi siyasətin tərkib hissəsi olan vergi siyasəti daim iqtisadiyyatın dəyişən tələblərinə, onun artan gücünə adekvat olaraq culfa tedbirtəkmilləşdirilir. Nazirliyin fəaliyyətinin bu tələblərə uyğun qurulması, həyata keçirilən vergi siyasətinin və vergi inzibatçılığının tətbiqi zamanı vergi ödəyiciləri ilə dövlət arasında yeni münasibətlərin formalaşması hazırda vergi orqanlarının qarşısında duran əsas vəzifələrdəndir. Muxtar respublikada sahibkarlığa dövlət himayəsinin həyata keçirilməsi nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılmışdır.
Culfa Rayon Vergilər Şöbəsinin əməkdaşı Nadir Əsgərov nəzərə çatdırıbdır ki, torpaq mülkiyyətçiləri dedikdə kənd təsərrüfatına yararlı torpaqlardan istifadə edən əmək qabiliyyətli ailə üzvlərini (hüquqi şəxs yaradanlardan, ailə kəndli təsərrüfatlarından başqa) sosial sığorta edən məcburi dövlət sosial sığorta haqqı ödəyiciləridir.
Ailə kəndli təsərrüfatları qanunvericiliklə müəyyən olunmuş qaydada uçota alındıqdan, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər isə torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə vergi orqanlarına müraciət edir.
Mövzu ətrafında geniş müzakirələr aparılıb, tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti