Sturtup Banner

Tələbələr Vergilər Nazirliyində istehsalat təcrübəsi keçirlər

Istehsalat tecrubesiNaxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin “Menecment” ixtisası üzrə 3-cu kurs tələbələri Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində istehsalat təcrübəsində iştirak edirlər. Nazirliyin əməkdaşları tərəfindən keçirilən təcrübə dərslərində tələbələrə Vergilər Nazirliyində tətbiq edilən Avtomatlaşdırılmış Vergi İnformasiya Sisteminin (AVİS) iş prinsipi, verginin muxtar respublika iqtisadiyyatındakı rolu, vergi dərəcələri, vergi nəzarəti tədbirləri və s. haqqinda geniş məlumlar verilir. Istehsalat təcrübəsində tələbələr həm praktiki biliklərini artırır, həm də vergi ödəyicilərinə və vətəndaşlara onlayn şəkildə göstərilən elektron xidmətlərlə yaxından tanış olurlar. Təcrübə dərslərinin keçirilməsi tələbələrin gələcəkdə ixtisaslı kadr kimi formalaşmasında xüsusi rol oynayır.
Qeyd edək ki, istehsalat təcrübəsi 15 aprel 2019-ci il tarixdən başlanılıb və 31 may 2019-ci il tarixədək davam edəcəkdir.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti