Sturtup Banner

Gələcəyin iqtisadçıları ilə “ideyadan başlanğıca” startap mövzusunda görüş keçirilib

univted3Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinə hamiliyinə verilmiş iqtisadiyyat ixtisaslarda təhsil alan tələbələrlə görüş keçirilib.
Görüşdə universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov müvafiq ixtisaslarda təhsil alan tələbələrin hamiliyə verilməsi və “İdeyadan başlanğıca” devizi altında yeni layihələrin həyata keçirilməsinin əhəmiyyətindən danışıb. Qeyd edib ki, belə layihələrin həyata keçirilməsi nəticəsində tələbə komandaları azad sahibkarlığın prinsiplərini öyrənir, öz ideyalarını təcrübədə tətbiq edir və əldə etdiyi bilikləri digərləri ilə bölüşürlər.
Naxçıvan Muxtar Respublikası Vergilər naziri, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Azər Nağıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq sərəncamlarında əksini tapan vəzifələrin icrası istiqamətində görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Rəqəmsal texnologiyalara, elektron biznesə, proqram təminati kimi innovativ sahələrə əsaslanan startap layihələrinə tətbiq edilən vergi güzəştləri haqqında məlumat verərək bildirib ki, 2019-cu ildən tətbiq edilən ən mühüm vergi güzəştlərindən biri də məhz mikro və ya kiçik sahibkarlıq subyektlərinə təqdim olunmuş startap layihələrinin 3 il müddətinə mənfəət və gəlir vergilərindən azad edilməsidir. Startap layihələrinə vergi güzəştlərinin tətbiqi ölkədə rəqəmsal texnologiyalara, elektron biznesə, proqram təminatı kimi innovativ sahələrə əsaslanan startap layihələrinə marağı artırmaqla yanaşı, bu cür layihələrin uğurla nəticələnməsi üçün əvəzsiz stimuldur.

Qeyd olunub ki, artıq iqtisadiyyat ixtisasının tələbələri ilə Vergilər Nazirliyində “ideyadan başlanğıca” devizi altında görüşlər keçirilmişdir, hətta müəyyən təkliflər, fikirlər, ideyalar Vergilər Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilmiş startap layihələrinin onlayn qəbulu bölməsinə göndərilmişdir. Startap layihələri ilə bağlı bundan sonra da bizim mütəmadi görüşlərimiz təşkil ediləcək, bütün layihələrə ciddi yanaşılmaqla yanaşı bu layihələrin hazırlanmasında zəruri istiqamətlər veriləcək, təqdim ediləcək uğurlu layihələrin muxtar respublika səviyyəli müxtəlif müsabiqələrdə iştirakı təmin ediləcəkdir. Bugünkü tədbirin də məqsədi qarşılıqlı fikir mübadiləsi aparmaqla, yeni innovativ fikirlərin, yeni layihələrin üzə çıxarılmasında və bu layihələrinin gerçəkləşdirilməsində tələbələrə dəstək göstərmək və bununla bərabər müasir cəmiyyətmizə yeni biznes fikirləri aşılamaq yolu ilə muxtar respublikamızın inkişafına hərtərəfli dəstək göstərməkdən ibarətdir.

univted1univted2univted5

Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı Qəzənfər Bayramov “İdeyadan başlanğıca” mövzusunda təlimin mahiyyətini iştirakçılarının diqqətinə çatdırıb. Slaydlar vasitəsi ilə “Startap nədir”?, “startapın təklif etdiyi məhsul və xidmət hansılar ola bilər”, “startap necə qurulur?” və həmçinin Naxçıvanda həyata keçirilən uğurlu startap layihələrindən bəhs edib. Çıxışında tələbələrə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində məlumat verərək, bizneslə startap arasındakı fərqlərdən danışıb.
Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin əməkdaşı Zahid Qənbərov dünya üzərindəki uğurlu startaplar haqqında məlumat verərək təqdim ediləcək layihələrdə əks olunması vacib kriteriyalardan danışıb. Eyni zamanda Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “startap layihələrinin qəbulu üçün müraciət” bölməsinin yaradıldığını nəzərə çatdıraraq hazırlanan startap layihələrinin onlayn qəbul olunmasından bəhs edib.
Sonra tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb, hamiliyə verilmiş tələbələrlə mütəmadi görüş və tədbirlərin geçiriləcəyi diqqətə çatdırılıb.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyin mətbuat xidməti