Sturtup Banner

Sosial sığortanın əhəmiyyəti və üstünlükləri mövzusunda görüş keçirilib

Babək rayonunda kənd inzibati ərazi dairəsi üzrə nümayəndələrin, bələdiyyələrin və sudan istifadə edən birliklərin nümayəndələrinin iştirakı ilə sosial sığortanın əhəmiyyəti və üstünlükləri mövzusunda görüş keçirilib.
Yığıncağı giriş sözü Babək Rayon İcra Hakimiyyəti başçısının müavini Nihal Məmmədov açaraq keçirilən tədbirin əhəmiyyətindən danışıb. Sosial sığortanın əhalinin pensiya təminatıdakı rolundan və əhəmiyyətindən bəhs edib.
Babək Rayon Vergilər İdarəsinin rəisi Səftər Əliyarov bildirmişdir ki, hazırda rayon ərazisində dövlət sosial və işsizlikdən sığorta haqlarından daxilolmadan və proqnoz tapşırıqların icrasında heç bir problem yoxdur. Qeyd edib ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaq payı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında məcburi dövlət sosial sığorta haqqı hesablanır. Məcburi dövlət sosial sığorta haqları ödənildikdə həmin vətəndaşlar zəruri sığorta stajı toplamaqla gələcəkdə əmək pensiyası təminatı hüququ qazanmış olacaqlar.
Babək Rayon Vergilər İdarəsinin əməkdaşı Məcnun Hacıyev bildirmişdir ki, Azərbaycan Respublikasında yenibabek15.05.19 sığorta pensiya sisteminin qurulması məcburi dövlət sosial sığorta haqlarının ödənilməsinin əhalinin sosial müdafiəsi sahəsindəki rolunu daha da artırmışdır. Muxtar respublika əhalisinin böyük bir hissəsi kəndlərdə yaşayır və torpaqların özəlləşdirilməsi nəticəsində onların əksəriyyəti torpaq mülkiyyətçisi olmuşdur. Kənd əhalisinin pensiya təminatının yaxşılaşdırılması, onların ödədiyi sosial sığorta haqları ilə təyin olunan pensiyaların məbləği arasında birbaşa əlaqə mexanizminin yaradılması, təsərrüfatla məşğul olan kənd əhalisinin məcburi dövlət sosial sığortasına cəlb edilməsi sahəsində lazımi işlərin görülməsi daim diqqət mərkəzindədir. Digər sahələrdə işləməyən torpaq mülkiyyətçisinin məcburi dövlət sosial sığorta haqqı ödədiyi bütün dövrlər onun üçün sığorta stajı sayılır. Sosial sığorta stajı isə gələcəkdə hər bir vətəndaşın pensiya təminatının əsasıdır.
Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti