Sturtup Banner

Babək Rayonunda operativ vergi nəzarət tədbirləri gücləndirilir

imgxeberyoxlama2019-ci ilin ötən dövrü ərzində Babək Rayon Vergilər İdarəsi tərəfindən vergi qanunvericiliyinə riayət edilib, qanunvericiliklə müəyyənləşdirilmiş vergilərin və digər icbari ödənişlərin düzgün hesablanması, büdcəyə vaxtında və tam köçürülməsinə nəzarətin gücləndirilib, nəzarət tədbirlərinin həyata keçirilib.
Qeyd olunan dövrdə İdarəyə təqdim olunmuş bəyannamələrin kameral yoxlanılması, rayon ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması və başqa bu kimi operativ vergi nəzarəti üzrə 11 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb.
Hesabat dövrü ərzində nəzarət-kassa aparatlarından istifadə diqqətdə saxlanılmışdır. İdarə üzrə aparılan operativ nəzarət işləri zamanı 1 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi faktı və vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 1 vergi ödəyicisi aşkar olunub.
Bundan başqa, nəzarət işləri zamanı 7 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı almadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, 2 vergi ödəyicisi tərəfindən sabit vergi qəbzi olmadan fəaliyyət göstərilməsi faktı da aşkar olunub.
Operativ nəzarət tədbirləri zamanı aşkar olunmuş qanun pozuntuları ilə əlaqədar bütövlükdə 303.4 manat məbləğində maliyyə sanksiyası və inzibati cərimə tətbiq edilib və ödənilməsi təmin olunmuşdur.
Babək Rayon Vergilər İdarəsi tərəfindən nəzarət işləri bundan sonrada davam etdiriləcəkdir.

Babək Rayon Vergilər İdarəsi