Sturtup Banner

Tikinti materiallarının satışı ilə məşğul olan şirkətdə işləyən işçinin vergi və sosial sığorta haqqının hesablanması

tikintimateriallariTikinti materiallarının satışı ilə məşğul olan şirkətdə işləyən işçinin vergi və sosial sığorta haqqı aşağıdakı kimi hesablanacaqdır. 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8.000 manatadək olduqda vergi 0 faiz, 8.000 manatdan çox olduqda 8.000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir. Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatdan çox olduqda 6 manat (200*3%) + 200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. Qeyd olunanlara əsasən, aylıq gəliri 500 manat olan fiziki şəxsin əməkhaqqından vergi tutulmur. Lakin həmin məbləğdən 36 manat sosial sığorta haqqı tutulur (500 – 200) x 10% = 30 + 6 (200 x 3%) = 36.

Naxçıvan Şəhər Vergilər İdarəsi