Sturtup Banner

“İdeyadan başlanğıca” mövzusunda təlim keçirilib

telebegorushNaxçıvan Muxtar Respublikası Vergilər Nazirliyində Naxçıvan Dövlət Universitetinin hamiliyinə verilmiş “İqtisadiyyat” ixtisasında təhsil alan tələbələrə “Gələcək üçün Startap layihəsi” mövzusunda təlim keçirilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Aparat rəhbəri, baş vergi xidməti müşaviri Əli Şabanov açaraq bildirmişdir ki, Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. 15 aprel 2019-cu il tarixdə “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilən müşavirədə Ali Məclisin Sədri aid təşkilatlara tapşırıqlar vermişdir. Qeyd olunmuşdur ki, zamanın sürətli inkişafından əldə edilən nailiyyətlər, müasir dövrün tələbləri bizi artıq innovasion ictimai sistem, innovasion iqtisadiyyat, nümunəvi həyat barədə daha dərindən düşünməyə və əməli işlər görməyə vadar edir. Bizim bu gün bura toplaşmağımızın məqsədi qarşılıqlı fikir mübadiləsi aparmaqla, yeni innovativ fikirlərin, yeni layihələrin üzə çıxarılmasında və bu layihələrinin gerşəkləşdirilməsində tələbələrə dəstək göstərmək və bununla bərabər müasir cəmiyyətmizə yeni biznes fikirləri aşılamaq yolu yeni startap layihələrinə dəstək göstərməkdən ibarətdir. Bu layihələri hazırlamaq və təqdim etməklə artıq sizlər gələcək karyeranızı indidən qurmuş olursunuz. Təqdim ediləcəl startap layihləri Nazirlikdə yaradılan ekspert qrupu tərəfindən qiymətləndiriləcəkdir. Təbii ki, qiymətləndirmə zamanı bəzi kriteriyalar nəzərə alınacaq ki, bu kriteriyalar haqqında da nazirliyin əməkdaşları sizlərə ətraflı məlumat verəcəklər. Startap layihləri ilə bağlı bundan sonar da bizim mütəmadi görüşlərimiz təşkil ediləcək, bütün layihələrə ciddi yanaşılmaqla yanaşı bu layihələrin hazırlanmasında zəruri istiqamətlər veriləcəkdir. Naxçıvan Dövlət Universitetin İqtisad fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru, dosent Əşrəf Ələkbərov keçirilən tədbirin əhəmiyyəti ilə bağlı bildirib ki, tələbələrin əldə etdikləri nəzəri biliklərin praktika ilə uyğunlaşdırılması, həyata keçirilən istehsalat təcrübələri, irəli sürülən yeni layihələr öz səmərəsini verir. Vurğulayıb ki, innovasiya, texnologiya, fəaliyyət müddəti, əhatə dairəsi, maliyyələşmə startapı kiçik biznesdən fərqləndirir. Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi, nazirlik üzrə ekspert qrupunun rəhbəri Qəzənfər Bayramov “İdeyadan başlanğıca” mövzusunda təlimi mahiyyətini iştirakçılarının diqqətinə çatdırıb. Naxçıvan telebegorush2Muxtar Respublikası Vergilər Nazirliyi hamiliklə bağlı görüləcək işlər barədə məlumat verib. Vergi sistemində startap layihələrin həyata keçirilməsi üçün əlverişli mühitin formalaşdırılması və uğurlu layihələrin dəstəklənməsi istiqamətində tədbirlər planının hazırlandığını deyib. Nazirliyin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi, 1-ci dərəcəli müfəttiş Zahid Qənbərov nəzərə çatdırmışdır ki, Nazirliyin vergi.nakhchivan.az rəsmi internet səhifəsinə daxil olmaqla “Startap layihələrinin qəbulu üçün müraciət” bölməsindən ideya, təklif və layihələrinizi Vergilər Nazirliyində yaradılmış ekspert komissiyasına onlayn olaraq göndərə bilərsiniz. Sonra tələbələr Nazirliyin müvafiq şöbələrinin və bölmələrinin fəaliyyət istiqamətləri ilə tanış olublar. Tələbələrə elektron xidmətlərin üstünlükləri barədə geniş məlumatlar verilərək, vergi ödəyicilərinə göstərilən xidmətlərin şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi vergi ödəyiciləri ilə münasibətləri fiziki cəhətdən məhdudlaşdırılması, eyni zamanda həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasından danışılıb. Startap layihəsi olan Vergilər Nazirliyinin fəaliyyət prosesiylə yaxından tanış olan tələbələrə yeni layihlərin hazırlanması istiqamətində uğurlar arzulanıb. Təqdim olunacaq layihələrin muxtar respublikamızın daha da çiçəklənməsinə xidmət edəcəyinə və gələcək inkişaf strateiyasına atılan addımların elə bu layihələr üzərinə qurulacağına əminlik ifadə olunub.

Naxçıvan Muxtar Respublikası 
Vergilər Nazirliyinin mətbuat xidməti