Sturtup Banner

Məcburi dövlət sosial sığortası üzrə rübluk hesabatı vaxtında təqdim etməyən sahibkarları hansı cərimələr gözləyir?

2019-cu ilədək sığortaedənlərin məcburi dövlət sosial sığortası üzrə hesabatı vaxtında təqdim etməməsinə görə hesabat dövrü üçün hesablanmış sosial sığorta haqqının 10 faizi məbləğində maliyyə sanksiyası tətbiq olunurdu və bu halda qanunda heç bir istisnaların nəzərdə tutulmadığı üçün hər hansı texniki və ya sair səbəbdən vaxtında hesabat verməyən sığortaedənə də böyük cərimələr tətbiq olunurdu ki, nəticədə sahibkara zərər dəyirdi.
Vergi Məcəlləsinə edilmiş yeni dəyişikliklərə əsasən, vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı və işsizlikdən sığorta haqqına munasibətdə də tətbiq olunur.
Hazırda qanunvericiliyin bu tələbinə əsasən sosial sığorta hesabatlarını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə, vergi orqanının
qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Kəngərli Rayon Vergilər Şöbəsi