Sturtup Banner

Culfa rayonunda idarə, müəssisə və özəl təşkilatların mühasiblərilə görüş keçirilmişdir

culfarayonuCulfa rayonunda idarə, müəssisə və özəl təşkilatların mühasiblərinin iştirakı ilə keçirilmiş tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavini Vüsal Məmmədzadə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Azərbaycan Respulikasının Qanununa edimiş dəyişikliklərdən danışaraq bildirmişdir ki, məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, , məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Vergilər Nazirliyinə həvalə edilməklə yanaşı Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.

     Tədbirdə rayon Vergilər Şöbəsinin rəisi, vegi xidməti müşaviri Qurban Hacıyev demişdir ki, Azərbaycan Respulikasının Qanununa edimiş dəyişikliklərlə əlaqədar mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan fiziki şəxslər məcburi dövlət sosial sığorta haqları ilə bağlı ödənişlərin aparılması və bəyannamələrin təqdm ediməsi üçün vergi orqanında uçota alınmalıdır. Həmçinin, uçot məlumatlarnda dürüstləşdirilmənin aparılması məqsədilə əmək qabiliyyətli və xeyrinə məcburi dövlət sosial sığorta haqqı ödənilməli ailə üzvlərinin sayı və onların haqqında məlumatlar (soyadı, adı, ata adı və FİN) vergi orqanına təqdim edilməlidir.
Sonar tədbir iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilmişdir.


Culfa Rayon Vergilər Şöbəsi