Hörmətli Vergi ödəyiciləri!
Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciətƏmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciəti birbaşa keçidlər və ya aşağıda qeyd olunan keçid yolu vasitəsilə təqdim edə bilərsiniz. İnternet Vergi İdarəsinə daxil olduqda "Onlayn kargüzarlıq və e-VHF" bölməsi > Yeni müraciət > Müraciətin növü - Ərizə > Sənədin növü - "Fərdi sahibkarlara (mikro) dəstək proqramı üzrə müraciət" və "Əmək ödənişləri ilə bağlı dəstək proqramı üzrə müraciət".
Pandemiyadan zərər çəkmiş fəaliyyət sahələri üzrə iqtisadi fəaliyyət növlərinin təsnifatina buradan tanış ola bilərsiniz.
Vergi Məcəlləsində edilmiş dəyişikliklər - 2020
suallar və cavablarda
Elektron qaimə-faktura
istifadəçi təlimatı və lazımi proqramlar
Sabit vergi və onun tətbiqi
Əmək müqaviləsinin bağlanması
hüquqi və inzibati prosedurlar
afisha2.jpg

XƏBƏRLƏR

«
||
»

Hüquqi maarifləndirmə günün tələbidir. Sosial sığorta haqları və sabit verginin ödənilməsi

Sual: Eyni anda həm ticarət sahəsində həm də digər (xidmət) sahədə fəaliyyəti olan fiziki şəxs məcburi dövlət sosial sığorta haqları üzrə hesabatı hansı fəaliyyət növü üzrə təqdim etməli və məcburi dövlət sosial sığorta haqları üzrə ödənişləri hansı dərəcələrlə ödəməlidir?

Cavab: Bildiririk ki, bir neçə fəaliyyət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin gəlirlərindən məcburi dövlət sosial sığorta haqları həmin sahələr üzrə hesablanmış məcburi dövlət sosial sığorta haqqının məbləğcə ən böyüyü əsas götürülməklə müəyyən edilir. Bu zaman hesabat məcburi dövlət sosial sığorta haqqının hesablandığı həmin sahə üzrə təqdim edilir.

Sual: İaşə obyektlərində fəaliyyət göstərən salat hazırlayan, xadimə və qabyuyan digər analoji işlərə aid edilərək “Sabit verginin ödənilməsi haqqında qəbz” almaqla fəaliyyət göstərə bilərmi?

Cavab: Vergi Məcəlləsinin 220.10-cu maddəsində göstərilən cədvələ əsasən iaşə obyektlərində fəaliyyət göstərən salat hazırlayan, xadimə və qabyuyan fiziki şəxslər sabit qəbz almaq hüququ olan vergi ödəyicilərinin siyahısına daxil edilməmişdir.

Culfa Rayon Vergilər Şöbəsi

İnternet vergi idarəsi

180886
Bu gün
Dünən
Bu ay
129
261
7481
Tarix: 31-05-2020