Sturtup Banner

Naxçıvan Muxtar Respulikası Vergilər Nazirliyinin inzibati binasında “Naxçıvan” Universitetinin İqtisadiyyat ixtisasının tələbələri ilə görüş keçirilib

telebelerle gorush23 aprel 2019-cu il tarixdə Naxçıvan Muxtar Respulikası Vergilər Nazirliyinin inzibati binasında hamiliyə verilən “Naxçıvan Universiteti”nin İqtisadiyyat ixtisasının tələbələri arasında görüş keçirilmişdir. “İdeyadan başlanğıca” devizi ilə müasir düşüncəni və yeni biznes fikirlərini özündə əks etdirən layihələrin – startapların hazırlanması istiqamətində tələbələrlə fikir mübadiləsi aparılıb həmçinin, görüşdə Vergilər Nazirliyinin iş prinsipi, şöbələrin fəaliyyət istiqaməti haqqında tələbələrə geniş məlumatlar verilib və tələbələr əyani şəkildə işlərin yerinə yetirilməsi prosesi ilə tanış olublar.
Vergilər Nazirliyinin Aparat rəhbəri, baş vergi xidməti müşaviri Əli Şabanov çıxış edərək bildirmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamına əsasən qarşıya qoyulan vəzifələrin icrası daim diqqət mərkəzində saxlanılır. Ali Məclis Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı kadr potensialının formalaşması, yüksək intellektli mütəxəssislərin hazırlanması baxımından böyük əhəmiyyət kəsb edir. Sərəncam yeni dövrün tələbi olan startap anlayışının əhatə etdiyi bütün sahələrdə innovasiyanı və dayanıqlı inkişafı əsas götürür.
Sonra Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi, nazirlik üzrə ekspert qrupunun rəhbəri Qəzənfər Bayramovun “İdeyadan başlanğıca” mövzusunda təlimi mahiyyətini iştirakçılarının diqqətinə çatdırıb. O, çıxışında tələbələrə innovativ layihələrin işlənib hazırlanması, əsaslandırılması və təqdim olunması istiqamətində məlumat verib, hazırlanan layihələrin təhlil edilməsi və inkişaf etdirilməsi barədə fikirlərini çatdırıb.
“Naxçıvan” Universitetin iqtisadiyyat fakültəsinin dekanı, iqtisad üzrə fəlsəfə doktoru Mehriban İmanova keçirilən tədbirin əhəmiyyəti ilə bağlı bildirib ki, tələbələrin əldə etdikləri nəzəri biliklərin praktika ilə uyğunlaşdırılması, həyata keçirilən istehsalat təcrübələri, irəli sürülən yeni layihələr öz səmərəsini verir.
Sonra tələbələr Nazirliyin müvafiq şöbələrinin və bölmələrinin fəaliyyət istiqamətləri ilə tanış olublar. Nazirliyin İnformasiya texnologiyaları və proqram təminatı bölməsində olan tələbələrə elektron hökumətin üstünlükləri və tətbiq edilən elektron xidmətlərin üstünlükləri barədə geniş məlumatlar verilərək, vergi ödəyicilərinə göstərilən xidmətlərin optimal vaxtda həyata keçirilməsi, şəxslərin vergi orqanına gəlmə asılılığının minimuma endirilməsi vergi ödəyiciləri ilə münasibətləri fiziki cəhətdən məhdudlaşdırılması, eyni zamanda həm vergi ödəyicilərində, həm də vergi orqanlarında vaxt və maddi resurs sərfiyyatının azaldılmasından danışılıb. Kommersiya və publik hüquqi şəxslərin dövlət qeydiyyatı şöbəsində tələbələrə hüquqi və fiziki şəxslərin dövlət qeydiyyatına alınması üçün lazım olan proqram təminatı və bu sahədə AVİS-dən (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) istifadə qaydaları haqqına geniş izahatlar verilib. Koordinasiya şöbəsində sənədlərin qəbulu, onların qeydiyyata alınması və cavablandırılması yolları praktiki şəkildə izah edilib, istifadə edilən AVİS-in (Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi) bu sahədəki üstünlüklərindən danışılıb.
Vergilər Nazirliyinin fəaliyyət prosesiylə yaxından tanış olan tələbələrə yeni layihlərin hazırlanması istiqamətində uğurlar arzulanıb.

Naxçıvan Muxtar Respublikası 
Vergilər Nazirliyinin mətbuat xidməti