Sturtup Banner

Vergi sistemində yeniliklər tətbiq edilir

3.babek2019-cu ilin I rübündə Babək Rayon Vergilər İdarəsi tərəfindən vergi və sosial sığorta haqqında qanunvericiliyə riayət edilməsi qanunvericilik ilə müəyyənləşdirilmiş vergilərin toplanılmasına, sosial sığorta, işsizlik sığortası və digər icbari ödənişlərin düzgün hesablanması və büdcəyə vaxtında köçürülməsinə nəzarətin gücləndirilib.
İl ərzində vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırığa Babək Rayon Vergilər İdarəsi üzrə 105,0 %, məcburi dövlət sosial sığorta haqlarının yığılması üzrə 127,4%, işsizlik sığortası üzrə 132,2% əməl olunmuşdur. Proqnozlaşdırılmış vergilər vaxtında toplanılaraq dövlət büdcəsinə ödənilmişdir. Bundan başqa, hesabat dövrü ərzində vergi potensialının yerlərə getmədən müəyyən edilməsi istiqamətində nəzarət işlərinin səviyyəsi daha da artırılmış, nəticədə cari ildə idarəyə təqdim olunmuş bəyannamələrin kameral yoxlanılmasına əsasən, 78 vergi ödəyicisinə beş min manatdan çox əlavə vergi hesablanmış və tamamilə büdcəyə ödənilməsi təmin edilmişdir.
İdarə üzrə operativ nəzarət işləri zamanı 5 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması fəaliyyəti ilə məşğul olunması faktı aşkar olunaraq 200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
Bu ilin ötən dövrü ərzində idarənin vergi ödəyicilərinə xidmət sahəsində də müəyyən işlər görülmüsdür. Belə ki, rüb ərzində 134 vergi ödəyicisi şöbədə qəbul edilmiş, onlara 142 növdə xidmət göstərilmiş, vergi ödəyicilərindən daxil olmuş 138 yazılı müraciət vaxtında və qanuna müvafiq cavablandırılmış, 1 halda vergi ödəyiciləri ilə seminar keçirilmişdir.
Vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrinin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar aparmaq imkanının yaradılması məqsədilə rüb ərzində 1 hüquqi, 54 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanılaraq onlara parol-şifrə verilməsi təmin edilmişdir.
Babək Rayon Vergilər İdarəsi bundan sonra da 2019-cu ildə dövlət büdcəsi, sosial sığorta və işsizlikdən sığortası üzrə proqnozların vaxtında və tam həcmdə icrası ilə əlaqədar işini günün tələbləri səviyyəsində quracaq, qarşıya qoyulmuş vəzifələrə nail olacaqdır.

Babək Rayon Vergilər İdarəsi