Sturtup Banner

muracietbanner

Əmək münasibətləri sahəsində şəffaflığın stimullaşdırılması

emekmunasibetleriAzərbaycanda həyata keçirilən vergi islahatlarının əsas məqsədi əmək münasibətləri sahəsində şəffaflığın stimullaşdırılmasından və əmək haqlarında tutulmaların təkmilləşdirilməsindən ibarətdir. Aparılan islahatların davamı olaraq neft, qaz və dövlət sektoru üzrə gəlir vergisinin hesablanması da 1 yanvar 2019-cu ildən etibarən yeni qaydada hesablanacaqdır.
Vergi Məcəlləsinin 101.1-ci maddəsində qeyd olunub ki, muzdlu işləyən fiziki şəxslərin aylıq gəlirinin (o cümlədən əməkhaqqının) 2500 manatadək olan hissəsindən 14%, 2500 manatdan çox olduqda isə 350 manat + 2500 manatdan çox olan məbləğin 25% dərəcəsi ilə vergi tutulur. Vergi Məcəlləsinin 102.1.6- cı maddəsinə edilmiş dəyişikliyə əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yer) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda 200 manat, illik gəliri 30000manatadək olduqda isə 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azaddır. Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ yalnız fiziki şəxslərin əsas iş yerində (əmək kitabçasının olduğu yer) hər hansı muzdlu içlə əlaqədar əldə etdiyi aylıq gəlir 2500 manatadək olduqda tətbiq edilməlidir.
Məsələn: Dövlət sektorunda çalışan fiziki şəxsin aldığı aylıq əməkhaqqı 600 manat təşkil edirsə, onda həmin məbləğdən gəlir vergisi aşağıdakı qaydada tutulacaq:

600 - 200 = 400
400 * 14% = 56 manat

Deməli, həmin məbləğdən tutulan gəlir vergisi 56 manat təşkil edir.
Özəl sektor üzrə gəlir vergisinin hesablanmasında da dəyişiklik edilib. 1 yanvar 2019 - cu ildən etibarən neft- qaz sahəsində fəaliyyəti olmayan və qeyri – dövlət sektoruna aid edilən sahələrdə işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aylıq əməkhaqqı 8000 manatadək olduqda 0% səviyyəsində, əməkhaqqı 8000 manatdan çox olduqda isə 8000 manatdan çox olan məbləğin 14% həcində müəyyənləşdirilir. Yeni yanaşma 2019-cu il yanvarın 1 -dən 7 il müddətinə tətbiq edilir.
Məsələn: Özəl müəssisədə çalışan fiziki şəxsin aldığı aylıq əməkhaqqı 900 manat təşkil edirsə, onda həmin məbləğdən gəlir vergisi aşağıdakı qaydada tutulacaq:
900 * 0% = 0 manat
Deməli, həmin məbləğdən gəlir vergisi tutulmayacaqdır.
Fəaliyyətinizlə bağlı risklərin yaranmaması, hər hansı maliyyə itkilərinə məruz qalmamağınız üçün mövcud qanunvericiliyin tələblərinə əməl etməyiniz tövsiyə olunur.

Naxçıvan Şəhər Vergilər İdarəsi