Naxçıvan MR Vergilər Nazirliyinə müraciət

Naxçıvan MR Vergilər Nazirliyinə müraciət

Naxçıvan MR Vergilər Nazirliyinə göndərdiyiniz ismarıc qeydə alındı. Sizinlə tezliklə əlaqə yaradılacaq.

Sadələşdirilmiş vergilərin əhatə dairəsi məhdudlaşdırılıb

sadeleshmishvergiSadələşdirilmiş vergitutuma metodunu tətbiq edən vergi ödəyiciləri vergilərini təqdim etdikləri mala (işə, xidmətə) görə əldə olunan hasilatdan (xərclər çıxılmadan) hesabladıqlarından adətən gəlirlərinin və xərclərinin uçotunu aparmamağa və əməliyyatların lazımı qaydada sənədləşdirilməməyə meyilli olurlar ki, bu da ölkədə aparılan vergi islahatları və şəffaflaşma siyasəti ilə uzlaşmır. Buna görə də Vergi Məcəlləsinə daxil edilmiş yeni müddəalara əsasən sadələşdirilmiş vergitutuma metodunu tətbiq etmək hüququ olan şəxslərin dairəsi məhdudlaşdırılıb.


Dəyişikliyə əsasən, işçi sayı qanunla müəyyən edilən həddən çox olan istehsal fəaliyyətini, topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının satışını, xəz-dəri məmulatlarının satışını həyata keçirən şəxslərin, habelə lisenziya tələb olunan fəaliyyət növü ilə məşğul olan şəxslərin (bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər istisna olmaqla) və s. sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.


Qanunla sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılan vergi ödəyiciləri növbəti ildən mənfəət (gəlir) vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər.

Ordubad Rayon Vergilər Şöbəsi