Sturtup Banner

Vergilər sahəsində maarifləndirici tədbirlər aparılır

sederektedbirSədərək Rayon Vergilər Şöbəsinin təşkilatçılığı ilə, Sədərək kənd İcra Nümayəndəliyinin akt zalında tədbir keçirilib. Vergi ödəyicilərinin iştirak etdiyi tədbirdə  “Nəzarət-kassa aparatı və POS-terminallardan istifadə”, “Bank hesabının açılması üçün şəhadətnamə-dublikatın alınması və sadələşdirilmiş vergi ödəyicilərinin  vergi öhdəlikləri mövzusunda maarifləndirici söhbət aparılıb. 

Tədbirdə rayon Vergilər Şöbəsinin rəisi, kiçik vergi xidməti müşaviri Əziz Fətullayev çıxış edərək bildirib ki, hər bir vətəndaşa ehtiyaclarını, gündəlik tələbatlarını ödəmək məqsədilə hansısa malları alan zaman ödənilmiş pulun əvəzində çek və ya qəbz təqdim olunur. Nəzarət Kassa Aparatları malların  təqdim edilməsi zamanı nağd hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qayda da qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemidir.

  
   Nağdsız ödəniş sistemi maliyyə  vəsaitlərinin dövriyyəsinin sürətlənməsi, nağd pul kütləsinin ixtisarı, ödəniş məbləğinin dəqiq aparılması kimi iqtisadi, vaxt itkisinin aradan qaldırılması, pul itirməmək kimi sosial əhəmiyyətli üstünlüklərə malikdir. Çünki, əsasən, bankların və digər maliyyə təşkilatlarının yaratdığı sistem vasitəsilə həyata keçirilən nağdsız ödəniş əməliyyatlarında bütün hüquqi və fiziki şəxslər sərbəst şəkildə iştirak etmək imkanlarına malik olurlar.
    Bildirilib ki, nağd pul hesablamalarının aparılması qaydalarına əməl etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir və bu vəzifələrin lazımınca yerinə yetirilməməsi qanunvericiliyə əsasən məsuliyyətə səbəb olur.
    
    Sonra rayon Vergilər Şöbəsinin əməkdaşlarından  Elman Qurbanovun, Arif Vəliyevin və Orxan Dünyamalıyevin çıxışları olub. Çıxışlarda tədbir iştirakçılarına bank hesabının açılması və vergi ödəyicilərinin vergi öhdəlikləri haqqında məlumat verilib.
   Sonra tədbir iştirakçılarına vergi haqqında məlumat kitabçaları paylanılıb.

"Oğuz Yurdu" qəzeti