Naxçıvan MR Vergilər Nazirliyinə müraciət

Naxçıvan MR Vergilər Nazirliyinə müraciət

Naxçıvan MR Vergilər Nazirliyinə göndərdiyiniz ismarıc qeydə alındı. Sizinlə tezliklə əlaqə yaradılacaq.

Ödəniş kartları və üstünlükləri

credycardÖdəniş kartı malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, öz hesabından digər şəxsin hesabına pul vəsaitinin köçürülməsi, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Artıq bir neçə ildir ki, ölkəmizdə də ödəniş kartlarının tətbiqinə başlanmış və bu kart istifadəçilərinin sayı ilbəil artmaqdadır. Əksər müəssisə və təşkilatlarda, təhsil və səhiyyə və digər sahələrdə işləyənlərin əməkhaqları , pensiya və müavinətlər həmin şəxslərin bank hesabına daxil olur. Onlar da bu vəsaitdən ödəniş kartları vasitəsilə müxtəlif əməliyyatlar aparırlar.

Ödəniş kartlarının üstünlükləri nələrdir?

Ödəniş kartlarının çoxsaylı imkanlarına baxmayaraq, onlardan əksər hallarda hesabda olan vəsaitin bankomat vasitəsilə nağdlaşdırılması üçün istifadə olunur. Halbuki, ödəniş kartlarının aşağıda sadalanan üstünlükləri mövcuddur:

-ticarət mərkəzlərində məhsul və xidmətlərinin dəyərinin ödənilməsi;
-konvertasiya əməliyyatı zamanı əməliyyatların istənilən valyutada həyata keçirilməsi;
-səyahət zamanı nağd pulla bağlı ehtiyacların ödənilməsi;
-gömrükdən keçirilən pul vəsaitlərinin bəyan edilməsinə ehtiyac qalmaması;
-hesabda pul olmadıqda, tez bir zamanda hesabın bank vasitəsilə artırılması.

Təhlükəsizlik

-ödəniş kartının itməsi və ya oğurlanması zamanı bank vaxtında məlumatlandırmaqla pul vəsaitlərindən istifadənin qarşısının alıması.

Vaxta qənaət

-fərqli ödənişlərin eyni vaxta evdən və ya iş yerindən ayrılmadan yerinə yetirilməsi;
-vergi və rüsumların, kommunal xərclərin (elektrik enerjisi, qaz, su, telefon və s.)internet vasitəsilə ödənilməsi;
-elektron ödənişlərin qısa müddətdə şəxsi vərəqədə əks olunması;
-mehmanxana nömrələrinin öncədən sifariş edilməsi;
-avia biletlərin və digər mal və xidmətlərin internet vasitəsi ilə alışı.

Şəxsi büdcənin səmərəli planlaşdırılması

-pul vəsaitinin daxil olması və xərclənməsi barədə hesabatın əldə edilməsi;
-hesabda olan vəsaitlərə depozit faizlərin hesablanması;
-ödəniş kartı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə bonusların əldə edilməsi və ya xərclənən məbləğin müəyyən hissəsinin həyata keçirilən kampaniya çərçivəsində hədiyyə şəklində geri əldə etmək imkanının olması.posterminal


Göstərilən üstünlüklərdən başqa, hər bir bank öz kartlarına (müştərilərinə) bir sıra əlavə xidmətlər və əlverişli şərtlər təqdim edir. Məsələn, ölkədaxili alış-verişlərə görə güzəştlər və hədiyyə bonusları, kartda olan məbləğin qalığına depozit faizlərinin hesablanması və s. Odur ki, kart seçməzdən öncə onun vasitəsilə ən çox hansı əməliyyatın aparılacağı müəyyənləşdirilməlidir. Çünki öz istəyinizə uyğun kartı seçmək daha faydalı olar.
2018-ci ilin oktyabr ayında Naxçıvan Muxtar Respublikasında ödəniş kartlarının sayı 269436-ya, POS-terminalların sayı isə 1272-yə çatmış, nağdsız ödənişlərin həcmi isə 844940 manat təşkil etmişdir. Kəngərli rayonu ərazisində olan 71 POS-terminaldan 48517 manat nağdsız ödəniş həyata keçirilmişdir.

Kəngərli Rayon Vergilər Şöbəsi