Sturtup Banner

Müharibə əlillərinin muzdlu işlə əlaqədar aldığı gəlirlərinə vergi güzəşti tətbiq edilirmi?

elilguzeshtMüharibə əlillərinin və qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirinə 400 manat güzəşt tətbiq edilir.

Əmək haqqından tutulan vergi hesablanarkən müharibə əlillərinin güzəşt hüququ müharibə əlilinin vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, rayon (şəhər) əhalinin sosial müdafiəsi mərkəzinin arayışı əsasında, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin güzəşt hüququ isə müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin arayışları əsasında müəyyənləşdirilir.

Ordubad Rayon Vergilər Şöbəsi