Sturtup Banner

Proqnoz tapşırığa 110 faiz əməl olunub

proqnozbabek Muxtar respublikada sosial iqtisadi inkişaf tempinin dinamik artımı bütün iqtisadi fəaliyyət növləri kimi vergi xidmətinin də inkişafına etibarlı zəmin yaratmışdır.

     2018-ci ilin 9 ayında Babək Rayon Vergilər İdarəsi tərəfindən vergi qanunvericiliyinə riayət edilməsi, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş  vergilərin və digər icbari ödənişlərin düzgün hesablanması, büdcəyə vaxtında və tam köçürülməsinə  nəzarətin gücləndirilməsi sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

     Hesabat dövrü ərzində vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırığa Babək Rayon Vergilər İdarəsi üzrə 110 faiz əməl olunmuş, proqnozlaşdırılmış 1 milyon 341 min manata qarşı 1 milyon 475 min manat vəsait toplanmışdır. Pronozlaşdırımış  9 növ tədiyyə növü artıqlaması ilə yerinə yetirilmişdir.

     Bundan başqa 9 ay ərzində idarə üzrə 1 vergi ödəyicisi tərəfindən nağd hesablaşmalarının aparılması qaydalarının pozulması, 1 vergi ödəyicisi tərəfindən qanunla nəzərdə tutulmayan valyutanın ödəniş vasitəsi kimi qəbul edilməsi faktı aşkarlanıb. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 2 vergi ödəyicisi aşkar olunub. Nəzarət işləri zamanı 10 vergi ödəyicisi tərəfindən fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması və bir vergi ödəyicisi tərəfindən “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz” almadan foto fəaliyyəti ilə məşğul olunması faktı da aşkar olunub.

     Bundan əlavə POS-terminallardan səmərəli istifadəni təmin etmək və nağd pul dövriyyəsinin həcmini azaltmaq məqsədilə vergi ödəyiciləri ilə müxtəlif görüşlər keçirilmiş və izahat işləri aparılmışdır. Qəsəbə və kəndlərdə fəaliyyət göstərən aktiv vergi ödəyicilərinə bank hesabı açılaraq satış pullarının hesablara qoyulması, ödənişlərin nağdsız qaydada köçürmə yolu ilə həyata keçirilməsi təmin edilir.

Babək Rayon Vergilər İdarəsi