Sturtup Banner

Rəsmi internet səhifəsi və elektron xidmətlər mövzusunda təqdimat keçirilib

saytteqdimat1

Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyində idarə, müəssisə və təşkilatların nümayəndələrinin iştirakı ilə “vergi.nakhchivan.az” rəsmi internet səhifəsi və elektron xidmətlər mövzusunda keçirilən təqdimat tədbirini giriş sözü ilə Naxçıvan Muxtar Respublikası vergilər nazirinin müavini, baş vergi xidməti müşaviri Fərrux Əkbərov açıb.

Bildirib ki, muxtar respublikamızda ərzaq və qeyri-ərzaqməhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində görülən tədbirlər, iqtisadi inkişafın yeni keyfiyyət mərhələsinə daxil olması və sosial infrastruktur təminatının yaxşılaşdırılması nəticəsində makroiqtisadi göstəricilərin artımına nail olunub, muxtar respublikamızda sahibkarlığa dövlət himayəsinin həyata keçirilməsi nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılıb.

Qeyd olunub ki, muxtar respublikamızda sahibkarlığa qanunsuz müdaxilələrin qarşısının alınması, operativ vergi nəzarəti tədbirlərinin və səyyar vergi yoxlamalarının sayının kəskin surətdə azaldılması, sahibkarlığa dövlət dəstəyinin bariz nümunəsidir.

Vurğulanıb ki, vergi sistemində son dövrlərdə həyata keçirilən uğurlu tədbirlərdən biri də Naxçıvan Muxtar saytteqdimat2Respublikası Vergilər Nazirliyinin rəsmi internet səhifəsinin yenilənməsidir. Həmin internet səhifəsinin köməyi ilə artıq sahibkarlar bir çox xidmətlərdən rahat bir şəkildə istifadə edə bilərlər. İnformasiya cəmiyyətinin inkişaf etdiyi bir mərhələdə təbii ki, sahibkarlar üçün internet səhifəsi ən sürətli formada elektron xidmətlərdən yararlanmaq imkanı yaradır.

Tədbirdə Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Zahid Qənbərov “Vergi qanunvericiliyinin praktiki tətbiqində internet resusrlarının rolu”, İnformasiya texnologiyaları və proqram təminatı bölməsinin rəisi Ülvi Qurbanov “Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinin rəsmi internet səhifəsi və elektron xidmətlər”, mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçi Qəzənfər Bayramov “Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat xidməti və fəaliyyəti haqqında” mövzularında tədbir iştirakçılarına ətraflı məlumat veriblər.

Sonda mövzu ilə bağlı suallar cavablandırılıb, iştirakçılara bukletlər paylanılıb.

 

Naxçıvan Muxtar Respublikası
Vergilər Nazirliyinin mətbuat xidməti