HESABATLAR

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2021-ci ilin sentyabr ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən sentyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 8 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 2 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması, 3 vergi ödəyicisində “Malların elektron qaimə-faktura əsasında təqdim edilməməsi”, 1 vergi ödəyicisinə məxsus pul vəsaitlərinin uçotdan yayındırılması, 1 şəxsdə isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” alınmaması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2021-ci ilin iyul ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən iyul ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 3 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Həmin vergi ödəyicilərinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişindaşıma ilə məşğul olması faktları aşkarlanıb və barələrində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2021-ci ilin iyun ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən iyun ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 3 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 2 vergi ödəyicisinin isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2021-ci ilin may ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi qurumları tərəfindən may ayında da muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 3 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 1vergi ödəyicisində uçot məlumatlarında olan dəyişikliklərlə bağlı məlumatın verilməməsi faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin edilib.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2021-ci ilin aprel ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən aprel ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib. Operativ vergi nəzarəti tədbirləri zamanı 9 vergi ödəyicisində “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar olunub və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergi ödəyicisində xronometraj metodu ilə müşahidələr aparılıb və müşahidəyədək olan dövriyyə ilə müqayisədə artım qeydə alınıb, nəticədə qanunvericiliyə uyğun olaraq müəyyən olunmuş əlavə vergi məbləğinin büdcəyə ödənilməsi təmin olunub.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2021-ci ilin mart ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən mart ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 10 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 2 vergi ödəyicisində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 7 vergi ödəyicisinin isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2021-ci ilin fevral ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli qurumları tərəfindən fevral ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə yoxlama və monitorinqlər davam etdirilib, 28 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 vergi ödəyicisində “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almaması, 3 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 23 vergi ödəyicisinin isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 2 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin dekabr ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli orqanları tərəfindən dekabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər davam etdirilib, 6 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Belə ki, operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisində əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 vergi ödəyicisində malların təqdim edilməsi zamanı qaimə-faktura təqdim edilməməsi, 1 şəxsin vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi, 3 vergi ödəyicisində isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınma ilə məşğul olması faktları aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin noyabr ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən noyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər davam etdirilib, 12 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Operativ vergi nəzarəti tədbirləri zamanı 1 vergi ödəyicisində əhali ilə pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmaması, 1 vergi ödəyicisində pul vəsaitlərinin uçotdan gizlədilməsi və 10 vergi ödəyicisində isə “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktları aşkar olunub və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin oktyabr ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən oktyabr ayında da vergi nəzarəti tədbirləri davam etdirilmişdir. Belə ki, muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər aparılmışdır. Operativ vergi nəzarəti tədbirləri zamanı 23 vergi ödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıma fəaliyyəti həyata keçirdiyi aşkarlanmış və həmin şəxslər barəsində qanuna müvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin sentyabr ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən sentyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər davam etdirilib, 5 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 1 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin iyul ayı ərzində görülən işlər haqqında hesabat

2020-ci ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb, 26 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb. Operativ vergi nəzarəti tədbirləri zamanı 25 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 1 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınmaması faktları aşkar edilib.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin iyun ayı ərzində görülən işlər haqqında hesabat

2020-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər aparılıb, 8 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Operativ vergi nəzarəti tədbirləri zamanı 2 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 2 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması və 4 şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 17 işəgötürəndə aparılmış araşdırmalar zamanı 24 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin mart ayı ərzində görülən işlər haqqında hesabat

2020-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb, 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Keçirilən tədbirlər zamanı 3 şəxsin “Fərqlənmə nişanı” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 1 şəxsin isə vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb. Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 8 işəgötürəndə aparılmış araşdırmalar zamanı 9 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin fevral ayı ərzində görülən işlər haqqında hesabat

2020-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılmışdır. Kerçirilən tədbirlər zamanı 2 şəxsin “Fərqlənmə nişanı” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 1 şəxsin isə “Vergi orqanlarında uçotda durmadan” fəaliyyət göstərməsi müəyyən edilmiş və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

end faq

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti © - 2020

048769
Bu gün
Dünən
Bu ay
704
140
7240