Xidmət rəisi
İsmayılov Abbas Cəlil oğlu
14 aprel 1968-ci ildə Naxçıvan MR-in Ordubad rayonunda anadan olmuşdur.
1985-1992-ci illərdə Xarkov Mühəndis İqtisad İnstitutunda ali təhsil almış və mühəndis-iqtisadçı ixtisası üzrə institutu bitirmişdir.
1986-1988-ci illərdə hərbi xidmətdə olmuşdur.
1997-2001-ci illərdə Bakı Dövlət Universitetində 2-ci ali təhsil almış və hüquqşünaslıq ixtisasına yiyələnmişdir.
1992-ci il noyabrın 16-da vergi orqanlarında işə qəbul olunmuş və 30 ildən artıq müxtəlif vəzifələrdə çalışmışdır. 2012-ci il fevralın 24-də baş vergi xidməti müşaviri xüsusi rütbəsi almışdır.
2016-2023-cü illərdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəisi vəzifəsində xidmət etmişdir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 6 fevral 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəisi vəzifəsinə təyin edilmişdir.
2003-cü ildən iqtisadiyyat üzrə fəlsəfə doktorudur.
Ailəlidir, 2 övladı var.
Xidmətin rəis müavini
İbrahimov Anar Vaqif oğlu
İbrahimov Anar Vaqif oğlu 2 may 1985-ci il tarixdə Naxçıvan MR Naxçıvan şəhərində anadan olmuşdur.
2001-2005-ci illərdə Naxçıvan Dövlət Universitetində ali təhsil almış və oranı ümumi iqtisadiyyat ixtisası üzrə bitirmişdir.
2005-2006-cı illərdə hərbi xidmətdə olmuşdur.
Əmək fəaliyyətinə 2006-cı ildə başlamış, 2006-2008-ci illərdə Naxçıvan MR Vergilər Nazirliyinin İqtisadi təhlil və uçotun təşkili şöbəsində dövlət vergi müfəttişi, 2008-2009-cu illərdə həmin şöbəsinin baş dövlət vergi müfəttişi, 2009-2020-ci illərdə İqtisadi təhlil və uçotun təşkili şöbəsinin rəisi vəzifəsində çalışmışdır.
2020-2023-cü illərdə Naxçıvan MR Dövlət Vergi Xidmətinin İqtisadi təhlil və uçotun təşkili şöbəsinin rəisi vəzifəsində, 2023-cü ildən Naxçıvan MR Dövlət Vergi Xidmətinin İqtisadi təhlil, bəyannamələrə və büdcə proqnozunun icrasına nəzarət idarəsinin rəisi vəzifəsində çalışmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 12 may 2023-cü il tarixli Sərəncamı ilə Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.