Naxçıvan Muxtar Respublikası Vergilər Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə baş məsləhətçisi Qəzənfər Bayramovun 25 iyul 2019-cu il tarixdə Naxçıvan Dövlət radiosunda verdiyi müsahibə

Ödəniş kartları və üstünlükləri haqqinda məlumat verərdiniz

Ödəniş kartı malların, iş və xidmətlərin dəyərinin ödənilməsi, öz hesabından  digər şəxsin hesabına pul vəsaitinin köçürülməsi, habelə nağd pul vəsaitinin əldə edilməsi üçün istifadə edilən ödəniş alətidir. Artıq bir neçə ildir ki, ölkəmizdə də ödəniş kartlarının tətbiqinə başlanmış və bu kart istifadəçilərinin sayı ilbəil artmaqdadır. Əksər müəssisə və təşkilatlarda, təhsil və səhiyyə və digər sahələrdə işləyənlərin  əməkhaqları , pensiya və müavinətlər həmin şəxslərin bank hesabına daxil olur. Onlar da bu vəsaitdən ödəniş  kartları vasitəsilə müxtəlif əməliyyatlar aparırlar.

Ödəniş kartlarının üstünlükləri nələrdir?

Ödəniş kartlarının çoxsaylı imkanlarına baxmayaraq, onlardan əksər hallarda hesabda olan vəsaitin bankomat vasitəsilə nağdlaşdırılması üçün istifadə olunur. Halbuki, ödəniş kartlarının aşağıda sadalanan üstünlükləri mövcuddur:

-ticarət mərkəzlərində məhsul və xidmətlərinin dəyərinin ödənilməsi;

-konvertasiya əməliyyatı zamanı əməliyyatların istənilən valyutada həyata keçirilməsi;

-səyahət zamanı nağd pulla bağlı ehtiyacların ödənilməsi;

-gömrükdən keçirilən pul vəsaitlərinin bəyan edilməsinə ehtiyac qalmaması;

-hesabda pul olmadıqda, tez bir zamanda hesabın bank vasitəsilə artırılması.

Təhlükəsizlik

-ödəniş kartının itməsi və ya oğurlanması zamanı bank vaxtında məlumatlandırmaqla pul vəsaitlərindən  istifadənin qarşısının alıması.

Vaxta qənaət

-fərqli ödənişlərin eyni vaxta evdən və ya iş yerindən ayrılmadan yerinə yetirilməsi;

-vergi və rüsumların, kommunal xərclərin (elektrik enerjisi, qaz, su, telefon və s.)internet vasitəsilə ödənilməsi;

-elektron ödənişlərin qısa müddətdə şəxsi vərəqədə  əks olunması;

-mehmanxana nömrələrinin öncədən sifariş edilməsi;

-avia biletlərin və digər mal və xidmətlərin internet vasitəsi ilə alışı.

Şəxsi büdcənin səmərəli planlaşdırılması

-pul vəsaitinin daxil olması və xərclənməsi barədə hesabatın əldə edilməsi;

-hesabda olan vəsaitlərə depozit faizlərin hesablanması;

-ödəniş kartı vasitəsilə həyata keçirilən əməliyyatlar üzrə bonusların əldə edilməsi və ya xərclənən məbləğin müəyyən hissəsinin həyata keçirilən kampaniya çərçivəsində hədiyyə şəklində geri əldə etmək imkanının olması.

Nağdsız əməliyyatların əhatə dairəsinin genişləndirilməsi çərçivəsində hansı işlər görülüb?

Bu gün  muxtar respublikamızda ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi üçün idxaldan asılılığın aradan qaldırılması istiqamətində görülən tədbirlər, iqtisadi inkişafın yeni keyfiyyət mərhələsinə daxil olması və sosial infrastruktur təminatının yaxşılaşdırılması nəticəsində makroiqtisadi göstərici­lərin artımına nail olunmuş, muxtar respublikamızda sahibkarlığa dövlət himayəsinin həyata keçirilməsi nəticəsində əlverişli biznes və investisiya mühiti yaradılmışdır.

Nağdsız əməliyyatların genişləndirilməsi tədbirləri çərçivəsində Muxtar Respublikanın ticarət və iaşə obyektlərinə 1275 ədəd POS-terminal elektron qaydada qeydiyyatdan keçirilərək quraşdırılmışdır ki, bu POS-terminalların 575 ədədi Naxçıvan şəhərində, 211 ədədi Şərur rayonunda, 89 ədədi Babək rayonunda, 84 ədədi Ordubad rayonunda, 154 ədədi Culfa rayonunda, 65 ədədi Şahbuz rayonunda, 73 ədədi Kəngərli rayonunda, 24 ədədi isə Sədərək rayonunda fəaliyyət göstərməkdədir. Muxtar respublika ərazisində quraşdırılan POS-terminallar əsasən vətəndaşların daha çox üz tutduqları ticarət, iaşə, digər xidmət sahələrində, o cümlədən sığorta haqlarının ödənilməsi üçün sığorta agentliklərində, inzibati cərimələri ödəmək üçün Dövlət Yol Polisi şöbələrində, kommunal xərclərin ödənilməsi üçün yerli poçt şöbələrində, şəxsiyyət vəsiqələrinin və xarici pasportlara ödənilən rüsum haqlarının ödənilməsi üçün Daxili İşlər Nazirliyinin pasport qeydiyyat şöbələrində quraşdırılmışdır. Kənd yerlərində  yaşayan vətəndaşlarımızın daha rahat ödənişini təmin etmək məqsədilə yeni və müasir dizaynla inşa edilərək sakinlərin   istifadəsinə  verilən xidmət mərkəzlərində və poçt şöbələrində nağdsız ödənişlərin aparılması üçün POS-terminal aparatları quraşdırılmışdır. Bu da ona əsas verir ki, həmin ərazidə yaşayan vətəndaşlarımız vaxtlarına qənaət edə, eləcə də rahat ödəniş üsulunun seçilməsi baxımından nağd pulun çəkilməsi və yenidən həmin xidmət mərkəzlərində xərclənməsinə ehtiyac qalmadan birbaşa ödəniş kartları vasitəsilə həmin xidmət mərkəzlərində onlara göstərilən xidmətlərin dəyərini POS-terminal aparatlarının vasitəsilə ödəyə bilərlər.

Nağdsız ödəniş infrastrukturunun tərkib hissələri olan bankomatların sayı 111 olmaqla, Naxçıvan şəhərində 57-yə,  rayon və kənd mərkəzlərində 54-ə, ödəniş kartlarının sayı muxtar respublika üzrə 270 min 606 ədədə çatdırılıb.

Qeyd edək ki, 2014-cü il  yanvarın 30-da Naxçıvan Muxtar Respublikası  Ali Məclisində keçirilən müşavirədə Ali Məclisin Sədri “Nağdsız ödənişlərin həcminin artırılması və POS-terminallardan səmərəli istifadəni təmin etmək barədə tapşırıq vermişdir. 2016-cı il martın 2-də Ali Məclisin Sədrinin   imzaladığı Sərəncamla təsdiq edilən “2016-2018-ci illərdə Naxçıvan Muxtar Respublikasında müasir elektron ödəniş xidmətlərinin tətbiqinin və nağdsız hesablaşmaların genişləndirilməsi üzrə Proqram”da Vergilər Nazirliyinə nağdsız ödənişlərin həcminin artırılması məqsədilə kart sahibləri arasında həvəsləndirici tədbirlərin keçirilməsi tapşırılmışdır. Belə ki, 2014-cu ildən başlayaraq ildə iki dəfə olmaqla  “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirlər keçirilir və tapşırıqların icrasının davamı olaraq cari ildə də növbəti tirajların keçirilməsi nəzərdə tutulubdur.

Nağdsız ödəyin, hədiyyə qazanın adlı həvəsləndirici tədbir çərçivəsində təqdim edilən hədiyyələr barədə?

Muxtar respublikada POS-terminaldan istifadənin, habelə nağdsız əməliyyatların aparılmasının üstünlükləri barədə maarifləndirici tədbirlərimiz mütamadi olaraq davam etdirilir, nağdsız dövriyyənin genişləndirilməsi sahəsində həyata keçirilən tədbirlər daima diqqət mərkəzində saxlanılır.

Nağdsız dövriyyənin stimullaşdırılması istiqamətində apardığımız maarifləndirici və stimullaşdırıcı tədbirlər öz müsbət nəticələrini göstərir. Bu da aparılan maarifləndirmə və məlumatlandırma tədbirlərinin geniş əhali kütləsini əhatə etməsi deməkdir.

Muxtar respublikada nağdsız dövriyyənin artırılmasında xüsusilə fərqlənmiş şəxslərin daha da həvəsləndirilməsinə, bu yolla nağdsız əməliyyatların genişləndirilməsinə və bu sahədə kütləviliyinin artırılmasına nail olmaqdan ibarətdir.

Belə stimullaşdırıcı tədbirlər 2014-cü ildən keçirilir və hər 6 ayda bir dəfə keçirilən “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin 10-cu tirajında ümumilikdə 335 şəxsə 20 min manat dəyərində hədiyyələr təqdim edilib.

“Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbirin qaliblərini müəyyən edən zaman obyektivliyi təmin etmək məqsədi ilə bir neçə kriteriyaya diqqət edilir. Belə ki, yuxarı məbləğdə əməliyyat aparılmasından əlavə, əsas göstərici kimi,  say etibarı ilə POS-terminallardan daha çox istifadə edən vətəndaşlara üstünlük verilir.

Vergi və bank orqanlarının əməkdaşlarının iştirakı ilə yaradılmış komissiya tərəfindən 5-ay ərzində  bank orqanlarından nağdsız ödəniş aparan şəxslər barədə müvafiq məlumatlar alınır və aparılan araşdırma nəticəsində əmrdə qeyd olunan bir sıra amillər nəzərə alınmaqla hədiyyələrin seçilməsi meyarları  aşağıdakı kimi olmuşdur.

1-ci meyar  üzrə, 400-manatdan 601-manatadək nağdsız əməliyat aparan şəxslərə təqdim olunan hədiyyələrin dəyəri 40-50 manat arasında müəyyən olunmuşdur

2-ci meyar üzrə  601-manatdan 801-manatadək nağdsız əməliyat aparan şəxslərə təqdim olunan  hədiyyələrin dəyəri 50-80 manat arasında müəyyən olunmuşdur.

3-cü meyar üzrə 801-manatdan çox nağdsız əməliyat aparan şəxslərə təqdim olunan hədiyyələrin dəyəri 80-110 manat arasında müəyyən olunmuşdur

Araşdırmanın nəticələri göstərir ki, Naxçıvan MR Vergilər Nazirliyinin tərəfindən aparılan mütamadi maarifləndirmə işlərinin nəticəsidir ki, Naxçıvan şəhəri üzrə hədiyyə qazanmış şəxslərin təhsil, səhiyyə və mədəniyyət işçisi, dövlət qulluğunun ayrı-ayrı sahələrində çalışan işçilər, müxtəlif təşkilatlarda çalışan texniki inzibati xidməti işçiləri, hüquq mühafizə orqanlarının, özəl sahələrdə çalışan müxtəlif peşə yönümlü işçiləri müxtəlif sahənin işçilərini əhatə edir.

Nəzərə çatdırmaq lazımdır ki, “Nağdsız ödəyin, hədiyyə qazanın!” adlı həvəsləndirici tədbir Naxçıvan şəhəri ilə yanaşı muxtar respublikanın rayonlarında da keçirilir. Keçirilən tirajların nəticəsinə görə ümumilikdə Naxçıvan şəhərində  445 vətəndaşa, Şərur rayonunda  327 vətəndaşa,  Babək rayonunda 232 vətəndaşa, Ordubad rayonunda 270 vətəndaşa, Culfa rayonunda 348 vətəndaşa, Şahbuz rayonunda 205 vətəndaşa, Kəngərli rayonunda 191 vətəndaşa,  Sədərək rayonunda isə 161 vətəndaşa müxtəlif qiymətli hədiyyələr təqdim edilmişdir. Burdan aydın göründüyü kimi Muxtar respublikanın bütün sakinləri keçirilən tirajlardan  yararlanaraq müxtəlif qiymətli hədiyyələr əldə edə bilirlər.  Son nəticə olaraq belə stimullaşdırıcı tədbirlər 2014-cü ildən keçirilir və ümumilikdə keçirilmiş 10 tirajda 2179 vətəndaşa 140 min manat dəyərində müxtəlif hədiyyələr təqdim edilib.

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

005351
Bu gün
Dünən
Bu ay
172
311
5351