HESABATLAR

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin sentyabr ayı ərzində görülən işlər haqqında hesabat

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən sentyabr ayında muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər davam etdirilib, 5 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar olunub. Operativ vergi nəzarəti tədbirləri zamanı 4 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 1 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin iyul ayı ərzində görülən işlər haqqında hesabat

2020-ci ilin iyul ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb, 26 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilərək müvafiq tədbirlər görülüb. Operativ vergi nəzarəti tədbirləri zamanı 25 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 1 şəxsdə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz”in alınmaması faktları aşkar edilib.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin iyun ayı ərzində görülən işlər haqqında hesabat

2020-ci ilin iyun ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrində yoxlama və monitorinqlər aparılıb, 8 vergiödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Operativ vergi nəzarəti tədbirləri zamanı 2 vergiödəyicisinin “Fərqlənmə nişanı” olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 2 şəxsin vergi orqanlarında uçota durmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması və 4 şəxsin isə “Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz” almadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 17 işəgötürəndə aparılmış araşdırmalar zamanı 24 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin mart ayı ərzində görülən işlər haqqında hesabat

2020-ci ilin mart ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılıb, 4 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilib və müvafiq tədbirlər görülüb. Keçirilən tədbirlər zamanı 3 şəxsin “Fərqlənmə nişanı” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 1 şəxsin isə vergi orqanlarında uçotda durmadan fəaliyyət göstərməsi aşkarlanıb və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülüb. Həmçinin vergidənyayınma və dövriyyənin gizlədilməsi hallarına qarşı mübarizə məqsədilə 1 vergi ödəyicisində xronometraj metodu ilə müşahidə aparılıb. Qeyd olunan dövrdə müvafiq icra hakimiyyəti orqanları ilə birgə 8 işəgötürəndə aparılmış araşdırmalar zamanı 9 yeni əmək müqaviləsinin bağlanmasına nail olunub.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

Naxçıvan MR Dövlət Vergi Xidməti tərəfindən 2020-ci ilin fevral ayı ərzində görülən işlər haqqında hesabat

2020-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti və onun yerli vergi orqanları tərəfindən muxtar respublika ərazisində fəaliyyət göstərən ticarət, iaşə, xidmət və digər sahələrdə monitorinq və yoxlamalar aparılmışdır. Kerçirilən tədbirlər zamanı 2 şəxsin “Fərqlənmə nişanı” almadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və 1 şəxsin isə “Vergi orqanlarında uçotda durmadan” fəaliyyət göstərməsi müəyyən edilmiş və həmin şəxslər barəsində qanunamüvafiq tədbirlər görülmüşdür.

Naxçıvan Muxtar Respublikasının 
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

end faq

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

005383
Bu gün
Dünən
Bu ay
204
311
5383