Naxçıvan MR Dövlət Vergi Xidmətinə elektron müraciət

captcha
NAXÇIVAN MUXTAR RESPUBLİKASININ DÖVLƏT VERGİ XİDMƏTİNƏ ELEKTRON MÜRACİƏT QAYDALARI
  1. Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin rəsmi internet səhifəsi vasitəsilə elektron formada göndərilmiş müraciətlər Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin Koordinasiya şöbəsinə daxil olur və “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununa, habelə Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 23 iyun tarixli 950 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət və bələdiyyə orqanlarında, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında vətəndaşların müraciətləri ilə bağlı kargüzarlığın aparılması Qaydası”na uyğun olaraq qeydiyyata alınır və baxılır.

  2. Mətni yazmazdan əvvəl nəzərdə tutulmuş formanın düzgün cavablandırılması vacibdir.

  3. Mətn mütləq yazıldığı dilin əlifbası ilə tərtib olunmalıdır, bütövlükdə böyük və ya kiçik hərflərlə yazılmamalı, cümlələrə bölünməli, durğu işarələrindən istifadə qaydalarına riayət edilməlidir.

  4. Müraciət aydın və səlis cümlələrlə yazılmalıdır.

  5. Müəllif özü barədə məlumatları dəqiq göstərmədikdə müraciətə cavab verilmir.

  6. Elektron müraciətin mətni 1500 işarədən çox olmamalıdır.

  7. Elektron müraciətdə qoşma fayllar olmamalıdır. Mətni uzun olan məktublar, sənəd surətləri, fotoşəkillər və yol verilən digər əlavələr Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin ünvanına göndərilməlidir:

Naxçıvan şəhəri, AZ 7000, Əziz Əliyev küçəsi 39,
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

005409
Bu gün
Dünən
Bu ay
230
311
5409