Rəqəmsal ödənişlərin tətbiq dairəsi genişləndirilir

Muxtar respublikada nağdsız hesablaşmaların əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində Dövlət Vergi Xidməti müvafiq dövlət orqanları ilə qarşılıqlı əməkdaşlıq etməklə 2020-ci ilin ikinci rübündə bir sıra işlər görüb. Belə ki, özəl sektorda işçilərin əmək haqlarının nağdsız olaraq (ödəniş kartları vasitəsilə) ödənilməsini təmin etmək məqsədilə sahibkarlarla mütəmadi maarifləndirmə və məlumatlandırma işləri aparılıb, 23 vergiödəyicisi üzrə 209 işçinin rekvizitləri bank orqanlarına göndərilib, bunlardan 7 vergiödəyicisi üzrə 97 işçinin əməkhaqlarının plastik kartlara keçirilməsi təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

     Publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində görülən işlərə uyğun olaraq daha 15 müəssisədə bu işlər yekunlaşıb. Vətəndaşlar Darıdağ Arsenli Su Müalicəxanası, Şərur Rayon Uşaq Xəstəxanası, Şərur Rayon Mərkəzi Xəstəxanası, Naxçıvan Dövlət Universitetinin Xəstəxanası, Şahbuz Rayon Mərkəzi Xəstəxanası, Ordubad Rayon Mərkəzi Xəstəxanası, Babək Rayon Mərkəzi Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Doğum Mərkəzi Xəstəxanası, Naxçıvan Muxtar Respublika Xəstəxanası, Zərifə Əliyeva adına Naxçıvan Şəhər Poliklinikası, Naxçıvan Muxtar Respublikası Kardiologiya Mərkəzi, Əziz Əliyev adına Naxçıvan Muxtar Respublikası Mərkəzi Uşaq Xəstəxanası, Naxçıvan Muxtar Respublikası Ağciyər Xəstəlikləri Xəstəxanası, Naxçıvan Şəhər Təcili Tibb Mərkəzi, Naxçıvan Muxtar Respublika Yoluxucu Xəstəlikləri Mərkəzi müəssisələrərinə müraciət edən zaman onlara göstərilən xidmətlərin qarşılığını nağdsız qaydada ödəyə bilərlər.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

005398
Bu gün
Dünən
Bu ay
219
311
5398