Yerli vergi orqanları tərəfindən 683 fiziki şəxs sahibkarlıq uçotuna alınıb

     2020-ci ilin 1-ci rübündə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti tərəfindən vergi və sosial sığorta haqqında qanunvericiliyə riayət edilməsi, qanunvericiliklə müəyyənləşdirilmiş vergilərin, sosial sığorta, işsizlik sığortası və digər icbari ödənişlərin düzgün hesablanması, büdcəyə vaxtında və tam köçürülməsi təmin olunub.

     Bu ilin 1-ci rübündə Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş vergi daxilolmaları üzrə proqnoz 105 faiz icra edilib.
Hesabat rübündə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 116,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 113,2 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

     Muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılmış əlverişli biznes və investisiya mühitinin nəticəsidir ki, hesabat dövründə Dövlət Vergi Xidmətinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 7 publik hüquqi şəxs, 7 kommersiya hüquqi şəxs, 4 qeyri-kommersiya hüquqi şəxs, həmçinin yerli vergi orqanları tərəfindən 683 fiziki şəxs sahibkarlıq uçotuna alınıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

003863
Bu gün
Dünən
Bu ay
44
168
3863