Muxtar respublikada 1377 vergi ödəyicisinə dövlət maliyyə dəstəyi göstərilib

     Muxtar respublikada pandemiyadan zərər çəkmiş sahibkarlara dövlət maliyyə dəstəyinin göstərilməsi davam edir. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Sərəncamına əsasən, sahibkarlara maliyyə dəstəyinin göstərilməsi proqramı çərçivəsində 02 iyun 2020-ci il tarixə muxtar respublikada pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 1377 vergiödəyicisinə 1 milyon 909 min 790 manat məbləğində vəsait həmin sahibkarların bank hesablarına köçürülüb.

     Maliyyə dəstəyi proqramı çərçivəsində müraciətlərin nəticəsi və vəsaitin bank hesabına köçürülməsi barədə bildiriş vergi ödəyicilərinin İnternet Vergi İdarəsindəki elektron kabinetlərinə göndəriləcəkdir. Yaranan suallarla bağlı vergi ödəyiciləri Dövlət Vergi Xidmətinin uçotda olduqları yerli vergi orqanlarına müraciət edə bilərlər. Maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı vergi.nakhchivan.az internet səhifəsində yerləşdirilir.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

  • Ünvan: AZ7000, Naxçıvan şəhəri, Əziz Əliyev küçəsi 39 

    Telefon: (+99436) 545 77 53

    Email: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

    Naxçıvan Muxtar Respublikasının
    Dövlət Vergi Xidməti - ©2020

005332
Bu gün
Dünən
Bu ay
153
311
5332