Vəzifələr icra olunur

Babek vergi

     2020-ci ilin I yarımilliyində Babək Rayon Vergilər İdarəsi tərəfindən vergi və sosial sığorta haqqında qanunvericiliyə riayət edilməsi, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyənləşdirilmiş ver-gilərin, sosial sığorta, işsizlik sığortası və digər icbari ödənişlərin düzgün hesablanması, büdcəyə vaxtında və tam köçürülməsinə nəzarətin gücləndirilməsi sahəsində bir sıra məqsədyönlü tədbirlər həyata keçirilmişdir.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin vergi xidməti orqanlarına göstərdiyi qayğının, rayonda sahibkarlıq fəaliyyətinin genişlənməsinin nəticəsidir ki, ötən 6 ay ərzində Babək Rayon Vergilər İdarəsi üzrə vergilər və digər icbari ödənişlər üzrə proqnoz tapşırığa 102,1 faiz əməl olunmuşdur.

     İşəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanmasına nəzarət artırılmış, 1 iyul 2020-çi il tarixə bağlanmış əmək müqavilələrində işçilərə ödənilən əmək haqqının məbləği 250 manat və ondan çox həcmdə olmuşdur. Bu dövrdə POS-terminallardan səmərəli istifadəni təmin etmək və nağd pul dövriyyəsinin həcmini azaltmaq məqsədilə vergi ödəyiciləri ilə müxtəlif izahat işləri aparılmışdır. Şəhər, qəsəbə və kəndlərdə fəaliyyət göstərən aktiv vergi ödəyicilərinə bank hesablan açılaraq satış pullarının hesablara qoyulması, ödənişlərin nağdsız qaydada köçürmə yolu ilə həyata keçirilməsi təmin edilir.

     İdarənin vergi ödəyicilərinə xidmət şöbəsində 814 vergi ödəyicisi qəbul edilmiş, vergi ödəyicilərindən daxil olmuş 797 yazılı müraciət vaxtında və qanunamüvafiq cavablandırılmışdır.

     Vergi ödəyicilərinin vergi orqanlarına gəlmədən internet vasitəsilə bəyannamələrinin təqdim olunması, özlərinin şəxsi vərəqələrinə nəzarət etmək, elektron əməliyyatlar apar-maq imkanının yaradılması məqsədilə ötən 6 ay ərzində 3 hüquqi, 305 sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi haqqında” müqavilə bağlanılaraq onlara parol-şiffə verilməsi təmin edilmişdir.

Babək Rayon Vergilər İdarəsi

İnternet vergi idarəsi

30855
Bu gün
Dünən
Bu ay
38
373
1276
Tarix: 05-08-2020