Vergi ödəyicisinin mühasibat və vergi uçotu üzrə öhdəlikləri

vergi emlak2

     Vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərin və xərclərin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur.

     Qanunvericiliyə əsasən, fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. İşlərin görülməsi və xidmətlərin göstərilməsi üzrə “Malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə” elektron qaimə-faktura işlərin görüldüyü və xidmətlərin göstərildiyi tarixdən 5 gün müddətində təqdim edilməlidir.

     Əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə rəsmiləşdirilməli və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilməlidir.


     Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsi Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid edildiyindən bu məsələ ilə əlaqədar aidiyyəti üzrə müraciət etməyiniz daha məqsədəuyğundur.

Şahbuz Rayon Vergilər Şöbəsi

İnternet vergi idarəsi

30848
Bu gün
Dünən
Bu ay
31
373
1269
Tarix: 05-08-2020