Dövlət proqramının icrası uğurla davam etdirilir

vergi binaNaxçıvan Muxtar Respublikasında həyata keçirilən sosial-iqtisadi siyasətin əsas tərkib  hissələrindən biri də məhz nağdsız hesablaşmaların həyat keçirilməsi üçün lazım olan müasir infrastruktur obyektlərin inşa olunmasına və lazımi avadanlıqlarla təmin edilməsinə yönəldilib. Bu baxımdan bütün ticarət mərkəzlərində, iaşə obyektlərində, həmçinin kənd yerlərində tikilib sakinlərin istifadəsinə verilən xidmət mərkəzlərində və poçt bölmələrində POS-terminal aparatlarının quraşdırılması həm vətəndaşlara göstərilən iş və xidmətlərin dəyərinin ödənilməsi, həm də  vergilərin, kommunal xərclərin və digər qanuni ödənişlərin ödənilməsi üçün  sakinlərin  rahatlığının təmin edilməsi istiqamətinə yönəldilib.

     Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfindən təsdiq edilmiş 09 avqust 2019-cu il tarixli Sərəncama uyğun olaraq 2019-2022-ci illərdə Naxçıvan Muxtar Respublikasında rəqəmsal ödəniş xidmətlərinin tətbiqinin və nağdsız  hesablaşmaların genişləndirilməsi üzrə proqramın icrası uğurla davam etdirilir.

     Proqram təsdiq edildiyi gündən bu yana ümumilikdə Naxçıvan şəhərində, rayon və kəndlərdə 15 halda  vergiödəyiciləri və sakinlərlə görüşlər keçirilib, nağdsız ödənişlərin əhəmiyyəti və üstünlükləri diqqətə çatdırılıb. Keçirilən tədbirlərin nəticəsidir ki, 2020-ci ilin 4 ayında (yanvar-aprel) nağdsız ödənişlərin həcmi 25 milyon 579 min 979 manata çatıbdır ki,  bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıq olub. Nağdsız ödənişlərin 15 milyon 735 min 831 manatı internet və digər ödəniş vasitələri, 9 milyon 844 min 148 manatı isə POS-terminallar vasitəsi ilə həyata keçirilib.

     Özəl sektorda işçilərin əmək haqlarının nağdsız olaraq (ödəniş kartları vasitəsilə) ödənilməsini təmin etmək məqsədilə sahibkarlarla mütəmadi maarifləndirmə və məlumatlandırma işləri aparılıb,  95 sahibkarlıq subyektlərində işləyən 840 muzdlu işçinin əməkhaqlarının plastik kartlara keçirilməsi təmin olunub və bu istiqamətdə işlər davam etdirilir.

     Publik hüquqi şəxs statuslu müəssisələrdə ödənişlərin onlayn və POS-terminallar vasitəsilə qəbulu sahəsində görülən işlərə uyğun olaraq 3 publik hüquqi şəxs statuslu müəssisədə (Naxçıvan Müalicə-Diaqnostika Mərkəzi, “Duzdağ” Fizioterapiya Mərkəzi, Stomatoloji Mərkəz) bu işlər başa çatdırılıb, digər publik hüquqi şəxs statuslu müəssisələr üçün bank hesabları açılıb, POS-terminalların quraşdırılması ilə bağlı lazımi sənədlər toplanılaraq müvafiq bank orqanlarına göndərilib. Muxtar respublika sakinləri qeyd olunan müəssisələrə müraciət edən zaman plastik kartlarından istifadə etməklə ödənişlərini rahat və nağd pula ehtiyac qalmadan həyata keçirə bilərlər.

     Nağdsız ödənişlərin əhatə dairəsinin daha da genişləndirilməsi istiqamətində həvəsləndirici tədbirlərin keçirilməsi bu sahəyə marağı daha da artırıb. Bu günə kimi keçirilən “Nağdsız ödəyin-hədiyyə qazanın” adlı həvəsləndirici tədbirin 12 tirajında 2989 sakinə 190 min manat dəyərində hədiyyələr təqdim olunub. Cari ildə də bu həvəsləndirici tədbirin keçirilməsi nəzərdə tutulubdur ki, muxtar respublika sakinləri nağdsız ödənişlərdən istifadə etməklə qiymətli hədiyyələr qazanaraq ailə büdcələrinə köməklik göstərsinlər. Qeyd olunmalıdır ki, hədiyyələrdən yararlanmaq üçün vətəndaş 6 ay ərzində  400 manatdan yuxarı nağdsız ödənişlər etməklə yanaşı,  say etibarilə daha çox əməliyyatlar həyata keçirməlidir.

     Muxtar respublika sakinləri qurulan müasir ödəniş infrastrukturlarınan istifadə etməklə  bu işdə daha da fəallıq göstərməli  və hər bir sakin bu prosesin bilavasitə iştirakçısına çevrilməlidir. Unutmayaq ki, nağdsız ödənişlər vətəndaşların rahatlığını təmin etməklə yanaşı, dövlətin sosial-iqtisadi maraqlarının həyata keçirilməsi istiqamətində mühüm vasitədir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30808
Bu gün
Dünən
Bu ay
364
284
1229
Tarix: 04-08-2020