Tələbələrlə onlayn görüş keçirilib

telebe onlayn gorush 08.05.2020

Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidməti tərəfindən hamiliyə götürülmüş Naxçıvan Dövlət Universitetinin İqtisad fakultəsinin İqtisadiyyat ixtisası tələbələri ilə onlayn görüş keçirilib.

Naxçıvan Dövlət Universitetinin İqtisad fakültəsinin dekanı Əşrəf Ələkbərov qeyd edib ki, Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Naxçivan Muxtar Respublikasi Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli sərəncamının icrası diqqətdə saxlanılmaqla hami təşkilat və universitet arasında mütəmadi görüşlər keçirilir. Onlayn tədbirin isə əsas məqsədi tələbələrin vergi qanunvericiliyin sahəsindəki bilik və bacarıqlarını daha da artırmaq və təkmilləşdirməkdən ibarətdir.

Dövlət Vergi Xidmətinin Vergi nəzarəti tədbirlərinin təhlili şöbəsinin rəisi Rəşad Əliyev “Operativ vergi nəzarəti” tədbirləri mövzusunda slaydlar vasitəsi ilə tələbələrə geniş məlumat verərək diqqətə çatdırıb ki, operativ vergi nəzarətinin əhatə dairəsinə daxil olan aksiz markaları ilə markalanmalı olan malların markalanmadan və ya saxta markalar istifadə etmə faktlarının aşkar edilməsi, əmək müqaviləsi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi, nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı qanunla müəyyən olunmuş tələblərə əməl olunmasına nəzarət edilməsi kimi bir çox funksiyaları vardır.

Sonra mövzu ətrafında müzakirələr olub, tələbələri maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Dövlət Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30827
Bu gün
Dünən
Bu ay
10
373
1248
Tarix: 05-08-2020