Aprelin 1-dən vahid bəyannamənin təqdim edilməsinə başlanılıb

teqvimVergi ödəyicilərinin inzibati yükünün, o cümlədən təqdim etdiyi hesabatlarının sayının azaldılması və vaxtına qənaət edilməsi məqsədilə vergi orqanlarına təqdim edilən muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi ilə məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta üzrə hesabat məlumatlarının optimallaşdırılmasını həyata keçirilib.

     Bu məqsədlə "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi", "Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat", "İşsizlik sığortası üzrə rüblük hesabat" və "İcbari tibbi sığorta üzrə rüblük hesabat" formaları birləşdirilərək, yeni vahid "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib.
Vergi ödəyiciləri tərəfindən vahid bəyannamənin təqdim edilməsinə 01.04.2020-ci il tarixindən başlanılıb.
Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin yerli vergi orqanları tərəfindən vergi ödəyicilərinə verilən istifadəçi kodu və şifrə-paroldan istifadə etməklə vergi.nakhchivan.az internet səhifəsindən internet vergi idarəsinə daxil olmaqla bəyannamələri təqdim edə bilərlər.

     Bundan əlavə, "Tibbi sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli Qanunu ilə muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular, Milli Məclis və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər, mülki-hüquqi müqavilələr əsasında işləri yerinə yetirən fiziki şəxslər və yanacaq məhsullarının idxalı və istehsalı ilə məşğul olan şəxslər üzrə icbari tibbi sığorta haqlarının hesablanması və hesabatların təqdim olunması müddəti 01.04.2021-ci il tarixinədək uzadılıb.

Naxçıvan Muxtar Respublikası Dövlət
Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30854
Bu gün
Dünən
Bu ay
37
373
1275
Tarix: 05-08-2020