Vergi və digər ödənişlər iqtisadi inkişafının əsasını təşkil edir

vergibina     Həyata keçirilən vergi siyasəti vergi ödəyicilərinin maraqlarının gücləndirilməsinə şərait yaratmalı, o cümlədən iqtisadi inkişafın və büdcəyə vergi daxilolmalarının artımının əsasını qoymalıdır. Bu baxımdan muxtar respublikada görülən işlər öz nəticəsinin verməkdədir. Belə ki, 2020-ci ilin fevral ayında Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidməti üzrə müəyyənləşdirilmiş proqnoz 101,8 faiz icra edilib.

     Sosial sığorta fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. Qeyd olunan dövrdə məcburi dövlət sosial sığorta haqları üzrə proqnoza 104,1 faiz, işsizlikdən sığorta üzrə proqnoza isə 110,7 faiz əməl edilib. İstər vergilər, istərsə də məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta üzrə proqnozlar bütün yerli vergi orqanları üzrə artıqlaması ilə icra edilib.

     Muxtar respublika iqtisadiyyatının aparıcı qüvvəsi olan sahibkarlığın inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilir. Sahibkarlara verilmiş kreditlər yeni istehsal sahələrinin yaradılmasına və ya genişləndirilməsinə, xüsusilə fərdi sahibkarlığın inkişafına sərf olunub. Hesabat dövründə Dövlət Vergi Xidmətinin “bir pəncərə” qeydiyyat sistemi vasitəsilə 3 publik hüquqi şəxs, 7 kommersiya hüquqi şəxs və 3 qeyri - kommersiya hüquqi şəxs, həmçinin yerli vergi orqanları tərəfindən 274 fiziki şəxs sahibkarlıq uçotuna alınıb. Qeydiyyata alınan fiziki şəxslərin 75,2 faizi muxtar respublika rayonlarının payına düşüb.

Naxçıvan Muxtar Respublikası Dövlət
Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30791
Bu gün
Dünən
Bu ay
347
284
1212
Tarix: 04-08-2020