Nümayiş olunan məhsullar muxtar respublikada sahibkarlığın inkişafının əyani göstəricisidir

tedbir 29.02.2020

Fevral ayının 29-da Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin kollektivi Naxçıvan Biznes Mərkəzində olublar.

Mərkəz haqqında məlumat verən bələdçi bildirib ki, nümayiş olunan mal və məhsullar muxtar respublikamızda biznes sektorunun bütün sahələrdə sürətli inkişaf etməsinin göstəricisi olaraq, daxili bazarı yerli məhsullar hesabına təmin etməklə yanaşı, onların xarici bazarlara ixrac edilməsinə şərait yaradıb.

Qeyd edilib ki, burada yerli ailə təsərrüfatlarında istehsal olunan məhsullar, ayrı-ayrı sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal və xidmət müəssisələrinin xəritəsi nümayiş etdirilir. Biznes Mərkəzinin sərgi salonunda nümayiş olunan məhsullar muxtar respublikada sahibkarlığın inkişaf səviyyəsinin əyani göstəricisidir.

Naxçıvan Muxtar Respublikası Dövlət
Vergi Xidmətinin mətbuat xidməti

İnternet vergi idarəsi

30812
Bu gün
Dünən
Bu ay
368
284
1233
Tarix: 04-08-2020